“Tibb elmləri və innovasiyalar” mövzusunda V beynəlxalq konqres keçiriləcək  
22.11.2021 21:29

18-21 dekabr 2021-ci il tarixlərində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun (İKSAD) birgə təşkilatçılığı ilə “Tibb elmləri və innovasiyalar” mövzusunda V beynəlxalq konqres (Uluslararası Sağlık Bilimleri ve İnovasyon Kongresi – https://www.healthforworld.org) keçiriləcək.

 

Onlayn formatda baş tutacaq konqresin fəxri sədri AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, sədri isə AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynovadır.

 

Konfransın təşkilati işlərində AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi və bu Bölmənin strukturunda fəaliyyət göstərən Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Genetik Ehtiyatlar İnstitutu, Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu aparıcı rol oynayır. Konfransın elmi-təşkilat komitəsində bir sıra nüfuzlu elm xadimləri yer alıb.

 

Xatırladaq ki, İKSAD hər il Türkiyədə və dünyanın bir sıra digər ölkələrində müxtəlif elmi mövzulara həsr edilmiş beynəlxalq konfrans və simpoziumlar təşkil edir. Bu günədək biologiya və tibb elmləri istiqamətinə aid 4 belə beynəlxalq tədbir dünyanın bir sıra ölkələrinin iştirakı ilə Türkiyə və Azərbaycanda böyük müvəffəqiyyətlə təşkil edilib.

 

Konqres haqqında ətraflı  məlumat almaq üçün aşağıdakı linklərə daxil ola bilərsiniz:

 

Əsas sayt: https://www.healthforworld.org/  

 

Mövzular: https://www.healthforworld.org/konular

 

Təqvim: https://www.healthforworld.org/

 

Əvvəlki konfransların kitabları: https://www.healthforworld.org/kongre-kitabi

 

Yazı qaydaları: https://www.healthforworld.org/yaz%C4%B1mkurallar

 

Tezislərin göndərildiyi ünvan: healthforworld44@gmail.com

 

Tezislərin son göndərmə tarixi: 01 dekabr 2021-ci il.

ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
 TƏBİB və Koreya Təbabətinin İnkişafı üzrə Milli İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub   
Minsk Cərrahiyyə, Transplantasiya və Hematologiya Mərkəzinin nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində olub
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib