Fuad Əsgərov: “XXI Dünya Gəncləri Forumunda iştirak üçün dövlət qurumlarının dəstəyinə ehtiyac var”
22.11.2021 09:53
5-9 mart 2022-ci ildə Maldivdə “XXI Dünya Gəncləri Forumu” keçiriləcək.

Qan donorluğu mövzusunu əhatə edən forumda dünyanın müxtəlif ölkələrindən qan donorları assosiasiyaları, qan bankları, könüllü donorlar və səhiyyə təşkilatları təmsil olunacaq.
 
Bu barədə Aztibb.az-a “Qan Donorları Assosiasiyası” İctimai Birliyinin sədri Fuad Əsgərov məlumat verib. 
 
F.Əsgərov bildirib ki, forumun məqsədi qan donorluğu problemlərini müzakirə etmək və təcrübə mübadiləsi aparmaqdır.
 
“XXI Dünya Gəncləri Forumu”na böyük heyətlə qatılmaq istəyirik. Çünki çox ciddi hədəfimiz var. Forumda ölkəmizi layiqincə təmsil edib növbəti il üçün ev sahibliyi etmək arzusunda olduğumuzu bildirəcəyik. Hədəfimiz forumu qazanıb 2023-cü ildə Şuşada keçirməkdir. Bizim maddi bazamız demək olar ki, yoxdur və səfərdə iştirak üçün bir çox dövlət qrumlarına müraciət etməyi planlamışıq. Gənclərimizi dünya forumuna göndərmək üçün səfər qrantına və ezamiyyə xərcinə ehtiyacımız var. Ümüd edirəm bizə biganə və ögey münasibət bəslənməyəcək. Nəzərə almalıyıq ki, qan donorluğunun inkişafı genefondumuzun qorunmasına xidmət edir", - deyə F.Əsgərov vurğulayıb.
 
Qeyd edək ki, 2019-cu ildə XIX Dünya Gəncləri Forumuna Azərbaycan ev sahibliyi edib.
 
 
ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
 TƏBİB və Koreya Təbabətinin İnkişafı üzrə Milli İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub   
Minsk Cərrahiyyə, Transplantasiya və Hematologiya Mərkəzinin nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində olub
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib