Daha üç rayonda uşaqların səyyar sosial reabilitasiyasına başlanıb (FOTO)
20.11.2021 15:12

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi Bakının daha üç rayonunda - Nizami, Sabunçu və Suraxanı rayonlarında sağlamlıq imkanları məhdud 6 yaşadək uşaqların səyyar formada sosial reabilitasiyası tədbirlərinə başlayıb.

 

Nazirlikdən Aztibb.az-a verilən məlumata görə, agentliyin psixoloq, pedaqoq, sosial işçi və loqopedlərdən ibarət mütəxəssislər qrupu həmin uşaqların yaşadıqları evlərə gedərək, onları sistemli şəkildə sosial-psixoloji və sosial-pedaqoji reabilitasiya xidmətləri ilə təmin edir. Uşaqlarda davranış pozuntuları, əhvalın qeyri-sabitliyi, hiperaktivlik, adaptasiya və həmyaşıdlarla ünsiyyət problemi və s. kimi halların reabilitasiyası aparılır.

 

Bu məqsədlə müxtəlif proqram və terapiyalardan, pedaqoji texnika və pediatrik reabilitasiya üsullarından istifadə olunur. Layihə çərçivəsində psixoloji konsultasiyalar, həftədə beş dəfə reabilitasiya seansları, valideynlər üçün maarifləndirici təlim və seminarlar keçirilir.

 

Cari ilin iyun ayında başlanan layihə artıq paytaxtın 7 rayonunu (Səbail, Yasamal, Nərimanov, Binəqədi, Nizami, Sabunçu, Suraxanı) əhatə edir.


Xidmətdən yararlanmaq istəyənlər Sosial Xidmətlər Agentliyinə və Agentliyin prosesin keçirildiyi rayonlar üzrə filiallarına müraciət edə bilərlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır