Bu gün şəhid həkim Mirlətif Ağayevin doğum günüdür
20.11.2021 14:00

Bu gün 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıq və şücaət göstərərək öz adlarını şərəfli tariximizə yazmış həkimlərimizdən biri olan Mirlətif Ağayevin doğum günüdür.

 

Aztibb.az xəbər verir ki, Mirlətif Ağayev 1990-cı il noyabrın 20-də Cəlilabad rayonunun Göytəpə qəsəbəsində anadan olub. Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsində təhsil alıb. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlananda könüllü surətdə cəbhəyə yollanan Mirlətif Ağayev həm həkimlik, həm də insanlıq borcunu yerinə yetirərək 247 yaralını döyüş meydanından çıxararaq onları həyata qaytarıb. O, təkcə həkim kimi deyil, fəal döyüşçü kimi də şücaət göstərib.

 

Mirlətif Ağayev Füzuli, Cəbrayıl və Qubadlı uğrunda döyüşlərdə iştirak edib və oktyabrın 26-da Qubadlının Balasoltanlı kəndində şəhid olub.

 

Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

 

Allah rəhmət eləsin!

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Laçın RMX-da təlim: “Uşaqlarda qastroenteritlərin düzgün diaqnostikası və müalicəsi” 
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv
SMA dərmanları ilə bağlı araşdırma aparılır - Nazir açıqladı
Tibbi mübahisələrdə həkimin məsuliyyəti necə qiymətləndirilir?