Azərbaycanla Rusiya arasında tibbi aviasiya sahəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib
20.11.2021 11:21

 

Azərbaycanın səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Rusiya Sənaye və Ticarət Nazirliyinin Xarici Ticarət Sahəsində Beynəlxalq Kooperasiya və Lisenziyalaşdırma Departamentinin direktoru Roman Çekuşovun rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti ilə görüşüb.


Səhiyyə Nazirliyindən verilən məlumata görə, görüş zamanı tərəflər əczaçılıq sənayesində gələcək əməkdaşlığın perspektivlərini, həmçinin tibbi aviasiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.


Rusiya nümayəndə heyəti çıxışlarında ölkələrimiz arasında əczaçılıq sənayesində uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayıblar. Qeyd edilib ki, dərman təminatı sahəsi ən mühüm və sosial əhəmiyyətli sahələrdən biridir. Vurğulanıb ki, dərhal təcili tibbi yardımın göstərilməsi insan sağlamlığının və həyatının qorunmasında əsas vasitələrdən biridir. Rusiya nümayəndə heyəti ölkələrinin tibbi aviasiyanın inkişafında böyük təcrübəsini nəzərə alaraq, bu sahədə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.


Teymur Musayev ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən tibb sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayıb. O, həmçinin Rusiya Federasiyasının səhiyyə nazirinin bu ilin iyulunda Bakıda səfərdə olduğunu və rusiyalı həmkarı ilə görüş zamanı tərəflər arasında “Rusiya Federasiyası Səhiyyə Nazirliyi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi arasında səhiyyə sektorunda əməkdaşlığın prioritet sahələrinin inkişafına dair 2021-2024-cü illər üçün Yol xəritəsi”nin imzalandığını xatırladıb.


Rusiya nümayəndə heyəti çıxışlarında ölkələrimiz arasında əczaçılıq sənayesində uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayıblar. Qeyd edilib ki, dərman təminatı sahəsi ən mühüm və sosial əhəmiyyətli sahələrdən biridir. Vurğulanıb ki, dərhal təcili tibbi yardımın göstərilməsi insan sağlamlığının və həyatının qorunmasında əsas vasitələrdən biridir. Rusiya nümayəndə heyəti ölkələrinin tibbi aviasiyanın inkişafında böyük təcrübəsini nəzərə alaraq, bu sahədə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.


Görüşün sonunda tərəflər əməkdaşlığın bundan sonra da davam etdirilməsi barədə razılığa gəliblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır