Kliniki Tibbi Mərkəzdə Təlim-İnkişaf bölməsi yaradılıb
19.11.2021 13:02
Əhaliyə göstərilən tibbi xidmət üzrə keyfiyyətin yüksəldilməsi və səmərəli iş fəaliyyətinin təşkili məqsədilə “Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsdə Təlim-İnkişaf bölməsi yaradılıb.
 
Aztibb.az xəbər verir ki, Təlim-İnkişaf bölməsinin (TİB) yaradılmasında əsas məqsəd Kliniki Tibbi Mərkəzin strategiyasına və struktur dəyişikliyinə uyğun olaraq, yeni tələblərin icrasının asanlaşdırılması, işçilərin peşəkarlığının artırılması, korporativ mədəniyyətin inkişaf etdirilməsi, əlverişli psixoloji iqlimin formalaşdırılması, heyətin dil biliklərinin artırılması və digər sahələrdə təlim-tədris proqramlarının təşkilinin həyata keçirilməsidir.
 
TİB Azərbaycanda və ölkə xaricində böyük nüfuzə malik, tanınmış tibb mütəxəssislərini, uzman doktorları, həmçinin tibb sahəsində tədris fəaliyyəti göstərən müəssisələrin aparıcı tibb mütəxəssislərini həyata keçirəcəyi təlim və tədris proqramlarına cəlb edəcək.
 
Bununla yanaşı, Kliniki Tibbi Mərkəzdə müasir tibb sahəsi ilə əlaqəli olan bütün təlim-tədris proqramlarının təhlili, ümumiləşdirilməsi və təkmilləşdirilməsi də yeni yaradılan bölməyə həvalə edilir.
 
Təlim-İnkişaf bölməsi tibb işçilərinin regional və beynəlxalq tibbi təhsil tədbirlərində iştirakını da təmin edəcək.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır