Səhiyyə nazirinin müavini əhalini vaksinlərlə bağlı yalan xəbərlərdən qaçmağa çağırıb
18.11.2021 15:35

"Hər bir dövlətin sosialyönümlü prioritet məsələlərindən biri uşaqların sağlamlığının qorunmasıdır".

 

Aztibb.az-ın məlumatına görə, bunu səhiyyə nazirinin müavini Rahim Əliyev Uşaqların V Ümumrespublika Forumunda deyib.

 

O, bildirib ki, bir çox xəstəliklərin təməli uşaq yaşlarından qoyulur və bu dövrdə onların aşkarlanması, müalicəsi aparılsa, sonrakı dövr üçün ağırlaşmaların, əlilliyin yaranmasının və ölüm faizinin çoxalmasının qarşısını almaq mümkündür. Əhalinin sağlamlıq mədəniyyətinə gəldikdə, peyvəndləmə bəşəriyyəti hər zaman infeksion xəstəliklər bəlasından qurtulmağa gətirib çıxardan proses sayılır.

 

"Səhiyyənin ən yüksək nailiyyəti arasında vaksinasiya durur. Digəri isə ana və uşaq ölümlərinin azaldılmasıdır. Hələ pandemiyadan əvvəl ÜST-ün məlumatlarına əsasən səhiyyənin 10 ən böyük problemindən biri kimi insanların vaksinlərə etibarlı yanaşmaması olmuşdu. Təhsilin yüksək olduğu ölkələrdə peyvəndlərə etibar var. Feyk xəbərlərdən qaçmağı məsləhət görürəm. Düşünürəm ki, sağlamlıq mədəniyyəti artıq formalaşıb, amma maariflənməni davam etdirmək lazımdır".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib