“Zərərli vərdişlərin mənfi təsirləri” mövzusunda maarifləndirici tədbir keçirilib
18.11.2021 09:08
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Təhsil Nazirliyin birgə əməkdaşlığı ilə 177 nömrəli tam orta məktəbdə şagird və müəllimlərin iştirakı ilə “Zərərli vərdişlərin mənfi təsirləri” mövzusunda maarifləndirici tədbir keçirilib.
 
Aztibb.az xəbər verir ki, tədbirdə İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdir müavini Ülkər Camalova geniş təqdimatla çıxış edib. O, zərərli vərdişlərin gənclərin sağlamlığına, inkişafına təhlükəli təsir göstərdiyini vurğulayaraq bildirib ki, tütünçəkmə, alkoqollu içkilər və narkotik maddələrdən istifadə qısa zamanda fiziki və psixi asılılıq yaradır. Zərərli vərdişlərin sağlamlığa mənfi təsir göstərdiyini deyən ekspert məktəbliləri sağlam həyat tərzi seçməyə, sağlamlıqlarına məsuliyyətlə yanaşmağa çağırıb.
 
Tədbirin yekununda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara maarifləndirici materiallar təqdim olunub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib