Səhiyyə Nazirliyi: "Azərbaycanda hazırda ən azçəkili körpə 524 qramlıqdır"
17.11.2021 11:32

“Vaxtından əvvəl doğulan uşaqlar daha həssas olur”.

 

Aztibb.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi komissiyasının sədri Rüstəm Hüseynov Beynəlxalq Vaxtından Əvvəl Doğulmuş Uşaqlar Günü münasibətilə keçirilən tədbirdə deyib.

 

O, bildirib ki, 1980-ci illərdə Azərbaycanda vaxtından əvvəl doğulanların təxminən 20 faizə qədəri tələf olurdu: “Sonra görülən tədbirlər nəticəsində bu göstəricini 5-6 faiz aşağı sala bildik. İndi Azərbaycanda azçəkili uşaqların həyatda qalması 90 faizdir. Həmçinin belə uşaqların sağalma faizi 30-40 faizdir. Dünyada isə bu göstərici 70-80 faiz, bəzi ölkələrdə daha çoxdur”.

 

Mütəxəssis əlavə edib ki, Azərbaycanda hazırda ən azçəkili uşaq "Mərkəzi Klinika"da olan 524 qramlıq körpədir: "Onun sağlamlığı normaldır, böyüyür".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib