2200 qaziyə əlillik və müvafiq sosial ödənişlər təyin edilib
17.11.2021 09:55

Vətən müharibəsində yaralanmış qazilərin əlillik vəziyyətinin qiymətləndirilməsi xüsusi diqqətdə saxlanır.

 

Aztibb.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi aidiyyəti qurumlarla birgə bu istiqamətdə ardıcıl işlər aparır. Vətən müharibəsində yaralanmış hərbi qulluqçuların əyani müayinəsi keçirilməklə, əlilliyinin qiymətləndirilməsi üçün sənədləşdirmə işləri yerinə yetirilir.

 

Bunun üçün ilk mərhələdə Müdafiə və Ədliyyə nazirlikləri, Daxili Qoşunlar və Dövlət Sərhəd Xidmətinin Hərbi Həkim Komissiyalarından şəhadətnamə (xəsarət və ya xəstəliklərinin hərbi xidmətlə əlaqəsini müəyyən edən sənəd) və tibb müəssisələrindən göndərişlər (forma 88) elektron sistemə daxil edilir.

 

Bu sənədləşmənin çevik təşkili aparıldıqdan sonra Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin qiymətləndirilməsini həyata keçirir.

 

Ötən dövrdə Vətən müharibəsinin artıq 2200 qazisinə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı aparılıb. Əlillik təyinatından sonra e-sistem tərəfindən, proaktiv qaydada onlara müvafiq sosial ödənişlər təyin olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır