Bu qida məhsulları böyrəkdə OKSALAT daşlarının yaranmasını sürətləndirir
02.09.2020 11:59

Böyrək daşları arasında ən çox rast gəlinən daşlar oksalat daşlarıdır. Bütün böyrək daşlarının 75-80%-i  oksalatdır. Bu daşlar əsasən kalsium oksalat şəklində olur. Sidik daşı xəstəliyi yeni doğulmuşdan tutmuş yaşlı insanlara qədər hər kəsdə rast gəlinən xəstəlikdir. Oksalat daşları çox sərt daşlar olduğundan, rentgen müayinəsi zamanı asan aşkarlanır. 

 

Həkim-nefroloq  Müşfiq Bəbirov “Facebook” sosial şəbəkəsində oksalat daşlarının yaranmasını sürətləndirən məhsulları açıqlayıb. Həkimin sözlərinə görə, buraya ispanaq, göy soğan və kələm, çuğundur, yaşıl lobya aiddir.

 

Meyvələrə gəldikdə isə əncir, ərik, kivi, mandarin və s. oksalat daşlarının yaranmasına təsir edir.

 

O, həmçinin bildirib ki, giləmeyvələr (çiyələk, böyürtkən və s.), çay, kofe, şokolad, kakao, çərəzlər (qoz, fındıq, yerfındığı və s.), toxumlar (günəbaxan, balqabaq və s.), soya südü, kəsmik və s. böyrək daşlarını yarada bilir.

 

Həkim oksalat tipli böyrək daşının yaranmasına meylli olan insanlara qeyd olunan qidalardan mümkün qədər uzaq durmağı tövsiyə edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza