İcbari tibbi sığorta zərfinə daxil olan xidmətlərin sayının artırılması təklif olunur
16.11.2021 15:38

“Gələn il üçün nəzərdə tutulan səhiyyə xərcləri müstəqillik dövrünün ən böyük səhiyyə xərcidir. Son 5 ildə Azərbaycanda səhiyyə xərcləri 2,5 faizə çatıb”.

 

Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən plenar iclasında gələn ilin dövlət büdcəsi zərfinin müzakirəsi zamanı deyib.

 

O, bildirib ki, səhiyyə proqramlarının və digər sahələrdə böyük artım var: “Ancaq çox təəssüflər olsun ki, tibb elminin və elmi tədqiqatların inkişafı üçün nəzərdə tutulan xərclər azdır. Ancaq icbari tibbi sığortanın da həyata keçirilməsində müəyyən problemlər də var. Təəssüf edirəm ki, bu qurumun əməkdaşları burada iştirak etmir. Ancaq gələcəkdə onları da bu müzakirələrə dəvət etmək lazımdır. Zərfdə olan xidmətlərin sayı insanlarda müəyyən narazılıqlar yaradır. Hesab edirəm ki, bu xidmətlərin sayını 2 dəfə artırmaqla insanları məmnun edə bilərik. Orqan transplantasiyası sahəsində növbələr yaratmağa da bizim ixtiyarımız yoxdur. Bu istiqamətdə də işləri davam etdirməliyik”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır