Səhiyyəmizin ən böyük problemlərindən biri gənc həkimlərin kütləvi şəkildə xaricə üz tutmasıdır - Tural Qulu
16.11.2021 15:09

Kənd yerlərində və ucqar bölgələrdə çalışan həkimlərin orta yaşı təxminən 55-dir. Bu da o deməkdir ki, 5-10 ildən sonra bu ərazilərdə həkim çatışmazlığı problemi yaşanacaq. Çünki gənc həkimlər yaxşı şəraitin olmaması səbəbindən ucqar bölgələrə getmək istəmirlər, bu da xidmətin əlçatımlılığını aşağı salır.

 

Aztibb.az xəbər verir ki, ictimai sağlamlıq və səhiyyənin təşkili üzrə mütəxəssis Tural Qulu ilə Azərbaycan səhiyyə sisteminin 5 vacib istiqaməti haqqında məlumat verib:

 

“Tibb təhsili, ilkin səhiyyə, təcili yardım, xəstəxanalar, bu sahədə islahatlar aparılmasının fonunda ən önəmli məsələlərdən biri kadr siyasətidir. Çünki yekunda səhiyyə sisteminin növündən, maliyyələşmə mexanizmindən asılı olmayaraq xidməti tibb bacısı və həkim göstərir. Ona görə də investisiya onlara olmalıdır.”

 

Mütəxəssis onu da qeyd edib ki, Azərbaycanda səhiyyə sahəsində ən böyük problemlərdən biri gənc həkimlərin işləmək üçün kütləvi şəkildə xarici ölkələrə üz tutmasıdır və bu problemi aradan qaldırmaq üçün araşdırmalar aparmaq lazımdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub