Agentlik tərəfindən dövlət-özəl tərəfdaşlığı üzrə niyyət protokolu imzalanıb 
15.11.2021 17:24
Məlum olduğu kimi, Bakıda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Türkiyə Respublikasının Ticarət Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) və IBF-in təşkilatçılığı ilə 25-ci Beynəlxalq Biznes Forum keçirilir.
 
“Azərbaycan: Asiyanın incisi” şüarı ilə keçirilən forumun məqsədi Azərbaycanın investisiya imkanlarını, o cümlədən işğaldan azad olunmuş ərazilərimizin zəngin potensialını xarici sərmayədarlara təqdim etmək, iştirakçı ölkələr arasında iqtisadi-ticarət əlaqələrini, biznes sahəsində əməkdaşlığı genişləndirməkdir.
 
30-a yaxın ölkədən dövlət rəsmiləri, iş adamları, investorlar, beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələrinin qatıldığı forumda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev də iştirak edib.
 
Tədbir çərçivəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və İstanbul Dövlət Özəl Sektor Tərəfdaşlığı Kamillik Mərkəzi arasında dövlət-özəl tərəfdaşlığı üzrə niyyət protokolu imzalanıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır