AQTİ Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq edəcək
15.11.2021 13:07
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ilə Azərbaycan Əkinçilik Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
 
Sənəddə bitkiçilik üzrə tədris imkanlarının inkişaf etdirilməsinin və bu sahədə yüksəkixtisaslı kadrların hazırlanmasının əhəmiyyəti nəzərə alınaraq, tərəflər arasında birgə əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulub.
 
Əməkdaşlıq çərçivəsində bitki sağlamlığı sahəsində müştərək layihələrin hazırlanması və həyata keçirilməsi, bitki və bitkiçilik məhsullarının risk təhlükəsinin müəyyən edilməsi, pestisid qalıqlarının izlənmə sisteminin qurulması, həmçinin aqrokimyəvi maddələrin tətbiqi istiqamətində bilik və bacarıqların mübadiləsi planlaşdırılır.
 
Anlaşma memorandumunun məqsədi qarşılıqlı faydalı əməkdaşlığı təşviq etmək və ikitərəfli əməkdaşlığı gücləndirməkdir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır