Azərbaycanda 2020-2021-ci illər ərzində bu xəstəliklərə yoluxma halı qeydə alınmayıb
15.11.2021 11:26

Son bir ildə ölkəmizdə qızılcaya yoluxma halları qeydə alınmayıb. Dünyada isə 2020-ci ildə 22 milyondan çox körpə COVID-19-a yoluxmaq nəticəsində qızılcaya qarşı peyvənd olunmayıb. Bu da 2019-cu illə müqayisədə 3 milyon uşaq çoxdur.

 

Respublika Gigiyena Epidemiologiya Mərkəzinin baş direktor müavini Afaq Əliyeva bununla əlaqədar olaraq deyib: “Avropa regionu üzrə 135 qızılca hadisəsi qeydə alınıb. Ötən il Ukrayna, Belçika, Türkiyə və digər ölkələrin hər birində təxminən 10-15 uşaq həmin xəstəliyə yoluxub. Son bir il ərzində 53 ölkənin daxil olduğu Avropa regionunda 83 məxmərəyə yoluxma halı qeydə alınıb”.

 

Ölkəmizdə pandemiya başlayandan peyvəndlərin, o cümlədən qızılcaya qarşı peyvəndləmənin əhatə dairəsi azalıb. Son 20 ildə dünyada peyvənd vasitəsilə qızılcadan 30 milyondan çox ölüm halının qarşısı alınıb. Xəstəliyin ilkin əlamətləri yüksək hərarət, halsızlıq, öskürək, burun axıntısı və gözlərdə qızartıdır. Sonradan həmin əlamətlərə bədənin hər yerini əhatə edən qırmızı səpgilər də əlavə olunur.

 

“Ötən il və bu ilin ötən dövrü ərzində Azərbaycanda qızılca və məxmərək xəstəliyi qeydə alınmayıb. Bu, aparılan peyvəndləmə tədbirlərinin nəticəsində mümkün olub. Doğrudur, ötən il pandemiya şəraiti ilə əlaqədar bütün xəstəliklər azalıb və peyvənd aparılması bir qədər zəifləmişdi. Əlbəttə, bu işdə həm peyvəndləmənin, həm də epidemioloji nəzarət həmin xəstəliklərin azalmasında mühüm rol oynayır”,- deyə direktor müavini bildirib.

 

Qızılca ən yoluxucu viral xəstəlikdir. Bu, uşaq xəstəliyi hesab olunsa da, böyüklərin yoluxma riski yüksəkdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır