Mərkəzi və Qərbi Asiya otorinolarinqoloqlarının konqresi gələn il Bakıda keçiriləcək
13.11.2021 17:14

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun otorinolarinqologiya kafedrasının əməkdaşları Şimali Kipr Türk Respublikasının Girne şəhərində keçirilən 42-ci Türk Ulusal Qulaq, Burun, Boğaz və Baş Boyun Cərrahiyyəsi konqresində iştirak ediblər.

 

Aztibb.az xəbər verir ki, beş gün davam edən konqresin “Bəd xassəli paranazal sinus şişlərinə yanaşma” mövzusunda panel iclasları institutun otorinolarinqologiya kafedrasının müdiri, Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin sədri, professor Nazim Hüseynovun sədrliyi ilə keçib. İnstitutun dosenti, Mərkəzi və Qərbi Asiya Qulaq, Burun, Boğaz və Baş Boyun Cərrahiyyəsi Cəmiyyətinin baş katibi Ramil Həşimli isə “Xoş xassəli qırtlaq şişlərinə yanaşma” mövzusundakı paneldə məruzə edərək elmi və klinik təcrübəsini bölüşüb.

 

Mərkəzi və Qərbi Asiya Qulaq, Burun, Boğaz və Baş Boyun Cərrahiyyəsi Cəmiyyətinin idarə heyətinin iclasında 2020-ci ildə keçirilməsi nəzərdə tutulan, lakin COVID-19 pandemiyası ilə əlaqədar təxirə salınan konqresin 2022-ci ilin mayında Bakıda keçirilməsi barədə qərar verilib.

ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
 Gəncə Şəhər Birləşmiş Xəstəxanasının bir qrup əməkdaşı “Gənc Tibb İşçilərinin Konfransı” layihəsində iştirak edib   
İki yeni mütəxəssis Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyətə başlayıb
Naxçıvanda orta tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanının nəticələri açıqlanıb
ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub