İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən orta məktəblərdə maarifləndirici tədbirlər keçirilib  
13.11.2021 10:24
Ümümdünya Səhiyyə Təşkilatının dəstəyi və Təhsil Nazirliyin əməkdaşlığı ilə Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən “Sağlamlığı təşviq edən məktəblər” layihəsi çərçivəsində 5, 110, 177 və 149 nömrəli tam orta məktəblərdə “Sağlam həyat tərzi” mövzusunda tədbir keçirilib.
 
Məktəblərdə sağlamlığın təbliğini, normal fiziki inkişafın təmin edilməsini, uşaqların sağlamlığının qorunmasını təşviq edən bu şəbəkənin əsas məqsədi məktəblilərin təhsil və sosial məqsədlərinə daha tez nail olmalarına yardım göstərməkdir.
 
İSİM-in mütəxəssisləri – Gülnarə Cəfərova "Sağlam qidalanma", "Fiziki aktivlik", Ülkər Camalova “Zərərli vərdişlər”, Zümrüd Kazımova “Gigiyena qaydaları” mövzuları üzrə geniş təqdimatla çıxış edərək məktəblilərə ətraflı məlumat veriblər.
 
Tədbirlər çərçivəsində uşaq və yeniyetmələrin sağlamlığının qorunması və məktəblərdə sağlamlığın təşviq və təbliğ olunmasının əhəmiyyəti, eləcə də sağlam həyat tərzinin məktəblilərə aşılanmasının vacibliyi vurğulanıb.
 
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb və onlara maarifləndirici materiallar paylanılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib