"Beyin damarlarının anevrizmasının yeni üsulla müalicəsinin vacib rolu sübut edilib" - Azərbaycanlı alimin daha bir UĞURU
13.11.2021 12:09

Azərbaycanlı alimin həmmüəllifi olduğu beyin damarlarının anevrizmaları ilə bağlı növbəti elmi tədqiqat işi dünyanın aparıcı 7 elmi cəmiyyətinin rəsmi jurnalı olan, yüksək impakt faktorlu "Journal of Neurolnterventional Surgery"də çapa qəbul edilib. Jurnalın impakt faktoru 5.836-dir.

 

Aztibb.az xəbər verir ki, bu barədə Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri Nuran Abdullayev məlumat verib.

 

O, bildirib ki, Köln Universiteti üzrə baş koordinator olduğu tədqiqatda müvafiq beyin damarlarının anevrizmasının yeni üsulla müalicəsinin vacib rolu sübut edilir.

 

""Flow diversion for internal carotid artery aneurysms with compressive neuro-ophthalmologic symptoms: clinical and anatomical results in an international multicentre study" adlı məqaləmizin nüfuzlu jurnalda çapı bir daha bu sahədə də bizim komandanın təkcə elmi yenilikləri deyil, eyni zamanda elmə istiqamət verən tədqiqatları ortaya qoyduğunu göstərir. Böyük məqsədlər uğrundakı mübarizədə bir olmaq - komanda ola bilmək özü də bir uğurdur", - deyə N.Abdullayev əlavə edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır