Tibbi Xidmət İdarəsinin rəis müavini: “Hər il 1 milyondan 5 milyonadək insan şəkərli diabet xəstəliyindən həyatını itirir”
12.11.2021 17:25

Koronavirus (COVID-19) pandemiyası dövründə şəkərli diabet xəstələri ürək, qan-damar sistemi xəstəlikləri olan insanlardan sonra ikinci böyük risk qrupuna daxildir.

 

Aztibb.az xəbər verir ki, bu fikirləri Dövlət Gömrük Komitəsi (DGK) Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev noyabrın 12-də Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə "Şəkərli diabet xəstəliyinə müasir yanaşma: problemlər və gələcək hədəflər" mövzusunda keçirilən vebinarda bildirib.

 

Şəkərli diabet xəstəliyinin insanların sağlamlığı üçün ciddi təhlükə törədən xəstəlik olduğunu vurğulayan İsmayıl Əfəndiyev bu xəstəliklə mübarizə yollarından, diabetlə birgə mübarizənin vacibliyindən danışıb, əhalinin bu xəstəliklə bağlı maarifləndirilməsinin əhəmiyyətini qeyd edib. Bildirib ki, karantin qaydaları səbəbindən insanların qapalı məkanda daha çox vaxt keçirməsi, immun sistemlərinin zəifləməsi, qidalanmadakı müəyyən problemlər və s. diabetin inkişafı riskini daha da artırır.

 

Rəis müavini qeyd edib ki, müxtəlif hesablamalara əsasən, hər il 1 milyondan 5 milyonadək insan şəkərli diabet xəstəliyindən həyatını itirir və bu rəqəm ilbəil daha da artır.

 

İ.Əfəndiyevin sözlərinə görə, hazırda diabet xəstələri inkişaf edən ağırlaşmalar səbəbindən yaranan korluq, ətrafların itirilməsi, müxtəlif ürək, damar problemləri ilə əlaqədar olan fəsadlara görə ölüm səbəblərinin ilk üçlüyünə daxildirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır