Həkimlər kredit ballarını necə əldə edə bilərlər? – Mütəxəssis AÇIQLADI
12.11.2021 16:42

“Həkimlər və tibb işçiləri kredit ballarını konfranslarda iştirak yolu ilə əldə edə bilərlər. Bu zaman bilavasitə konfransda iştirak edənlərə tədbirin hər saatına görə 1 bal, konfransda onlayn təqdimatla çıxış edənlərə 5 bal verilir”.

 

Aztibb.az xəbər verir ki, bu barədə TƏBİB və REAL TV-nin birgə layihəsi olan “TƏBİB məsləhəti” proqramının “Tibb işçilərinin bilik və bacarıqlarının artırılması istiqamətində təlimlər” mövzusunda canlı yayımında TƏBİB-in Elmi-tədqiqat və təhsil departamentinin Davamlı tibbi təhsil və tibbi təlimlər şöbəsinin müdiri Emil İskəndərov məlumat verib.

 

O, bildirib ki, 20 iyun 2017-ci il tarixindən Səhiyyə Nazirliyi tərəfindən “Həkimlərin və tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsinə dair müvəqqəti Qaydalar” qüvvəyə minib. Bu qaydalara əsasən, həkimlər hər 5 ildən bir sertifikasiya imtahanından keçməli və 5 il ərzində 240 (bir il ərzində minimum 48 kredit balı) kredit balı toplamalıdırlar.

 

E.İskəndərovun bildirdiyinə görə, bundan əlavə, məqalələr, monoqrafiyalar, dərsliklər yazmaq, modular hazırlamaq yolu ilə kredit balı qazanmaq mümkündür. Elmi tədqiqatlarla məşğul olan həkimlərə isə fəlsəfə doktorluğu dissertasiyalarının yazılması üçün il ərzində 48 bal, doktorluq dissertasiyalarının yazılması üçün 60 kredit balı verilir.

 

“Distant davamlı təhsil vasitəsilə audiovizual dinləmələr yolu ilə kredit ballarının qazanılması mümkündür”, - deyə mütəxəssis qeyd edib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır