Deputat: “Səhiyyə büdcəsinin 20%-i COVID-19-la mübarizənin payına düşür
12.11.2021 14:20

“Bu gün dövlət proqramlarının hər biri üçün ayrılan vəsaitdə böyük artım olması sevindirici haldır”.

 

Aztibb.az-ın məlumatına görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Soltan Məmmədov deyib.

 

Deputat bildirib ki, qan xəstəliklərinin müalicəsinə ayrılan vəsaitdə də artım var: “Amma əməliyyatlarla bağlı dövlət proqramı çərçivəsində müəyyən artımlar lazımdır. Səhiyyə nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi də xüsusilə sümüyün transplantasiyası üçün müxtəlif genişlənmə işləri həyata keçirir. Növbəti ildə bu istiqamətə ayrılan vəsaitin artırılmasına böyük ehtiyac var. Bütövlükdə ilkin səhiyyə xidməti üçün ayrılan pay artırılsa, yaxşı olar. İlkin səhiyyə xidmətlərinin yaxşılaşdırılması üçün artırılan maliyyə gələcəkdə stasionar müalicə qurumların büdcəsinin azalmasına imkan verəcək”.

 

O, təklif edib ki, koronavirusla mübarizəyə ayrılan vəsait daha da artırılsın: “Səhiyyə üçün ayrılan büdcənin 20%-i COVID-19-la mübarizənin payına düşür. Beynəlxalq təşkilatların verdiyi təqdimatlar və digər dünya ölkələri ilə müqayisədə bu rəqəmin daha da artırılması arzuolunan idi”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib