Bəzi xəstəliklərin müalicəsinin icbari tibbi sığortaya daxil edilməsi üçün iş gedir
12.11.2021 14:13

“Bu il icbari tibbi sığortanın bütün ölkə üzrə tətbiqi təmin olunub”.

 

Aztibb.az-ın məlumatına görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

 

Nazir bildirib ki, bu layihə əvvəllər mərhələlərlə tətbiq edilirdi: “Bu, yeni sistemdir. Artıq bu istiqamətdə müəyyən müsbət dəyişikliklər var. Qısa müddət ərzində səhiyyə xərclərini 2,5 dəfə artırmışıq. Çalışmalıyıq ki, bu səviyyəni qoruyaq”.

 

S.Şərifov dərman preparatları ilə bağlı səslənən fikirlərə münasibət bildirib: “Onkoloji xəstəliklərin müalicəsində dərman preparatlarının çatışmazlığı problemindən danışıldı. Bu sahədə böyük bahalaşma müşahidə edilməkdədir. Biz xəstəliklərin müalicəsinə ayrılan xərcləri artırırıq. Amma yenə də görürük ki, istənilən səviyyəyə gəlib çıxmamışıq. Eyni zamanda icbari tibbi sığorta ilə əhatə olunmayan xəstəliklərin müalicəsinin icbari tibbi sığortaya daxil edilməsi üçün işlər gedir”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib