ÜST nümayəndələri DOST mərkəzi ilə tanış olublar (FOTO)
12.11.2021 14:08

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional ofisinin reabilitasiya üzrə regional texniki rəhbəri Satiş Mişra və əlillik üzrə regional texniki əməkdaşı Kasal Morqan 4 saylı DOST Mərkəzində olublar.

 

Aztibb.az xəbər verir ki, qonaqlar əmək, məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik, reabilitasiya, pensiya, sosial sığorta və sosial rifah sahələrində mərkəzlərdə göstərilən xidmətlərlə tanış olublar.

 

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə heyəti sədrinin müavini Seymur Alıyev qonaqlara mərkəzin iş prinsipi, xidmət bölmələri və “Çağrı Mərkəzi 142”nin fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd olunub ki, DOST mərkəzlərində əmək və məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik və reabilitasiya, pensiya, sosial sığorta, sosial rifah, təlim və s. üzrə 155 növ xidmət göstərilir. Bu xidmətlər “bir pəncərə”dən operativ, şəffaf və nəzakətli, vətəndaş rahatlığı prinsipi əsasında təqdim olunur.

 

Seymur Alıyev 25 iyul 2021-ci il tarixində Prezident İlham Əliyevin Fərmanına əsasən Şəhid ailələrinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinin (VƏM) yaradıldığını və indiyədək 1200 müraciətin qəbul edildiyini bildirib.

 

Qeyd olunub ki, 2025-ci ilə qədər ölkəmizdə 17 DOST mərkəzi və 55 DOST filialı fəaliyyətə başlayacaq. Bununla da DOST xidmətləri bütün Azərbaycan ərazisini əhatə edəcək.

 

Qonaqlar mərkəzdə vətəndaşlara xidmət göstərilməsi prosesini izləyiblər. Görüş qarşılıqlı müzakirə və fikir mübadiləsi şəraitində davam etdirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır