Əlillərə mühərrikli arabaların verilməsi qaydaları açıqlanıb
12.11.2021 13:10

Əlillərə mühərrikli arabaların verilməsi dövlət başçısının sosial-iqtisadi siyasətinin nəticəsidir. Əlil arabası, təkərli oturacaqlar yerimə qabiliyyətini itirmiş şəxslərə verilir".

 

Bu fikirləri Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-sosial ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov deyib.

 

Onun sözlərinə görə, əlil arabası almaq üçün daha "Forma 88"ə ehtiyac yoxdur: “Mühərrikli araba həm yerimə qabiliyyətini itirmiş şəxslərə, həm də sadə arabaları idarə etmək qabiliyyəti olmayan, yuxarı ətraflarında, qollarında məhdudiyyətlər olan şəxslərə verilir. Əzələ gücünün bir baldan aşağı enməsi, yaxud hərəkət həcmi 10 dərəcədən aşağı şəxslərə də mühərrikli arabalar təyin oluna bilər. Həm adi, həm də mühərrikli arabaların təyini üçün əvvəllər dövlət tibb müəssisələrinin göndərişi, yəni “Forma 88” deyilən sənəd tələb olunurdu. Amma indi nə mühərrikli, nə də sadə araba üçün “Forma 88”ə və ya dövlət tibb müəssisələrinin göndərişinə ehtiyac yoxdur. Şəxs, ya da onun qəyyumu birbaşa ərazi üzrə tibbi sosial ekspert komissiyasına müraciət edir. Tibbi sosial ekspert komissiyaları tərəfindən müayinə olunur və hansı təkərli oturacağa ehtiyac olması ilə bağlı tibbi göstəriş təyin edildikdən sonra həmin məlumatlar elektron sistem üzərindən avtomatik olaraq Protez-Ortopedik Bərpa Mərkəzinə ötürülür. Bundan sonra mərkəz tərəfindən müvafiq əlil arabası ilə təmin edilirlər”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib