"COVID 19: Erkən və gecikmiş fəsadlar" mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək
12.11.2021 11:03
Noyabrın 20-də Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi, Mərkəzi Gömrük Hospitalı və Gömrük Hospitalının rəsmi tərəfdaşı olan "Florence Nightingale" Xəstəxanalar Qrupunun birgə təşkilatçılığı ilə "COVID 19: Erkən və gecikmiş fəsadlar" mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
Aztibb.az xəbər verir ki, tədbir 18-24 noyabr - Ümumdünya Antibiotiklərlə Bağlı Maarifləndirmə Həftəsinə həsr olunacaq.
Hibrid formatda keçirilməsi planlaşdırılan konfransda “COVID-19: Erkən fəsadlar” və “COVID-19: Gecikmiş fəsadlar” başlıqlı 2 paneldə Azərbaycan və Türkiyədən olan yüksəkixtisaslı mütəxəssislər tərəfindən ümumilikdə 19 məruzə dinləniləcək.
Tədbir panel müzakirələri və sual-cavab sessiyaları ilə interaktiv şəkildə aparılacaq.
Proqrama uyğun olaraq ürək-damar cərrahı, infeksionist, terapevt, endokrinoloq, anestezioloq-reanimatoloq, nevropatoloq, fizioterapevt, radioloq, qastroenteroloq, nefroloq, oftalmoloq, dermatoveneroloq, psixiatr və pulmonoloq ixtisaslarından olan mütəxəssislər konfransda əyani şəkildə iştirak edə bilərlər.
Beynəlxalq tədbirdə əyani şəkildə iştirak edəcək şəxslərin “COVID-19 vaksin sertifikatı” və ya “COVID-19 immunitet sertifikatı”nın olması mütləqdir. Konfransa, eyni zamanda distant şəkildə "ZOOM" proqramı vasitəsilə də qoşulmaq mümkündür.
Proqramın 80 faizini tamamlayan hər bir iştirakçıya sertifikat veriləcək.
Qeyd edək ki, konfransın akkreditasiya edilməsi üçün Səhiyyə Nazirliyinə müraciət edilmişdir.
Tədbirdə iştirak ödənişsizdir.
Yerlər məhdud olduğu üçün həm əyani, həm onlayn iştirak üçün qeydiyyatdan keçmək mütləqdir!
Qeydiyyatdan keçmək üçün link: https://forms.gle/6HHSBdMPpQ3AKU4j7
Proqramla tanış olmaq üçün link: https://customshospital.az/.../2021/11/proqram-veb.pdf
Bu bölməyə aid digər xəbərlər
“Biomüxtəlifliyin aktual problemləri: müasir baxışlar və tədqiqatlar” mövzusunda II respublika elmi-praktiki konfransı keçiriləcək
19.09.2026 | 18:34
“Əziz Əliyev: Şəxsiyyət, elm və milli səhiyyə irsi – 130” adlı elmi-praktik konfrans keçiriləcək
18.09.2026 | 12:03
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
17.09.2026 | 17:53
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
17.09.2026 | 13:18
Mərkəzi Gömrük Hospitalında “Fetal təbabət” üzrə master-klass olacaq
16.09.2026 | 10:56
"Vilms şişinin patologiyası və klinik müalicəsində müasir yanaşmalar: SIOP-RTSG təcrübəsi" adlı seminar keçiriləcək
16.09.2026 | 10:53
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
12.09.2026 | 09:04
“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” adlı beynəlxalq konfrans keçiriləcək
06.09.2026 | 09:28
Mərkəzi Gömrük Hospitalında “Fetal təbabət” üzrə master-klass keçiriləcək
05.09.2026 | 13:11
"Doktorantların və gənc tədqiqatçıların Respublika Elmi konfransı (NASCO29)” keçiriləcək
27.08.2026 | 16:20
ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
14.09.2026 | 15:11
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
17.09.2026 | 17:53
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
15.09.2026 | 10:05
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib
12.09.2026 | 16:19
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
16.09.2026 | 17:58
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
15.09.2026 | 15:32
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
14.09.2026 | 17:17
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
13.09.2026 | 13:14
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib
15.09.2026 | 12:27
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər
14.09.2026 | 16:57
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
17.09.2026 | 13:18
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının bir qrup əməkdaşı “Gənc Tibb İşçilərinin Konfransı” layihəsində iştirak edib
14.09.2026 | 13:41
İki yeni mütəxəssis Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyətə başlayıb
15.09.2026 | 14:18
Naxçıvanda orta tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanının nəticələri açıqlanıb
16.09.2026 | 09:48
ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub
15.09.2026 | 10:14

