COVID-19 pandemiyası ilə mübarizədə vaksinasiyaya dair təlimlər aparılır
11.11.2021 13:22

Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə kütləvi vaksinasiya ən uğurlu və səmərəli tədbirlərdən biridir. Bunu nəzərə alaraq, Avropa İttifaqının maliyyələşdirdiyi “COVID-19: vaksinasiyaya dəstək” layihəsi Azərbaycanda da həyata keçirilir. Layihə çərçivəsində ÜST-ün Azərbaycan nümayəndəliyi tərəfindən 50 səhiyyə işçisinin təlimçi kimi hazırlanması məqsədilə paytaxtdakı “Yeni klinika”da “Təlimçilərin təlimi” proqramına start verilib. Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasının dosenti Mətanət Qaraxanova və yoluxucu xəstəliklər kafedrasının assistenti Arzu Hüseynova da həmin təlimlərə cəlb olunublar.

 

İnstitutun mətbuat xidmətindən verilən məlumata görə, təlim proqramı iştirakçılara COVID-19 vaksinlərinə dair ən son məlumatlarin verilməsi və vaksinasiya sessiyalarının keçirilməsi ilə əlaqədar praktiki bacarıqların göstərilməsi, həmçinin vaksinlərin təhlükəsizliyi və əhəmiyyəti barədə insanlarla ünsiyyət bacarıqlarının gücləndirilməsi məqsədi daşıyır. Hazırlanmış təlimçilərin əldə etdikləri bilik və bacarıqları paylaşmaq üçün bu ilin sonunadək ölkənin müxtəlif bölgələrində yerləşən 14 təlim mərkəzində 2500-dən çox tibb işçisinə təlimlər keçmək nəzərdə tutulub.

 

İnstitutda proqram çərçivəsində keçirilən kurslar davam edir. Kurslar 3 günlük təlim proqramından ibarətdir. Təlimlərdə təqdimatlarla yanaşı praktiki məşğələlərə və tapşırıqlara da ətraflı yer ayrılıb. Kursu tam keçən iştirakçılara sertifikat verilir.

 

Qeyd edək ki, bu ilin iyulunda institutda Azərbaycanda tibb işçilərinin COVID-19 pandemiyası ilə əlaqədar bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə “Proact training” layihəsi çərçivəsində “Təməl həyat dəstəyi” təlimləri keçirilib. Həmin təlimlərdə institutun 79 əməkdaşı və digər səhiyyə müəssisələrindən olan tibb işçiləri iştirak ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır