Agentlik Türkiyənin Sosial Müdafiə Qurumu ilə əməkdaşlıq edəcək
10.11.2021 17:18

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyevin başçılıq etdiyi nümayəndə heyəti 8-10 noyabr tarixlərində Türkiyə Respublikasının Ankara şəhərində işgüzar səfərdə olub.

 

Aztibb.az xəbər verir ki, səfər Türkiyə Respublikasının aidiyyəti qurumları ilə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məqsədi daşıyıb.

 

Nümayəndə heyətinə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin sədri vəzifəsini müvəqqəti icra edən Vüqar Qurbanov, Agentliyin Maliyyə departamentinin rəhbəri Rasim Həsənov, Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli, Beynəlxalq əlaqələr departamentinin rəhbəri Ruslan Abdullayev və Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov daxil olub.

 

Səfər müddətində nümayəndə heyəti Türkiyə Respublikasının səhiyyə nazirinin müavini, Dr. Tolga Tolunay, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin sədri Serkan Kayalar və Ankara Universitetinin rektoru, prof. Necdet Ünüvar ilə görüşüb.

 

Görüşlərdə icbari tibbi sığorta sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.

 

Səfər çərçivəsində, həmçinin Agentlik və Türkiyə Respublikasının Sosial Müdafiə Qurumu (SGK) arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

 

İmzalanma mərasiminin Azərbaycanın Zəfər Gününə təsadüf etməsinin xüsusi əhəmiyyət kəsb etdiyini deyən SGK rəhbəri Cevdet Ceylan bu münasibətlə nümayəndə heyətini təbrik edib, şəhidlərə Allahdan rəhmət, qazilərə şəfa diləyib.

 

Cevdet Ceylan Azərbaycanla digər sahələrdə olduğu kimi, sosial təminat sahəsində də əməkdaşlığın uğurla davam edəcəyinə ümidvar olduğunu bildirib. O, rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətinə aid təcrübəni qardaş ölkə ilə bölüşməkdən məmnunluğunu ifadə edib.

 

Yüksək qonaqpərvərliyə və təbrikə görə təşəkkürünü bildirən Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev iki ölkə arasında olan dostluq və qardaşlıq münasibətlərinin dərin tarixi köklərə malik olduğunu qeyd edib: “Türkiyə hər zaman Azərbaycanın yanında olub. Bu gün biz bu bayramı hər iki dövlətlə birgə qeyd edirik. İnanırıq ki, bu qardaşlıq daim yaşayacaq. Bu gün imzalanan anlaşma memorandumundan sonra qurumlar arasında əlaqələr daha da möhkəmlənəcək”.

 

Qeyd edək ki, üç illik fəaliyyət planını əhatə edən sənəd icbari tibbi sığorta sahəsində Türkiyə təcrübəsinin öyrənilməsi ilə bağlı əməkdaşlıq istiqamətlərini müəyyən edir. Memoranduma əsasən icbari tibbi sığorta sisteminin idarə edilməsi, planlaşdırılması və maliyyələşdirilməsi, icbari tibbi sığortaya dair qanunvericiliyin təkmilləşdirilməsi kimi sahələr əməkdaşlıq çərçivəsində üstünlük təşkil edəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır