Tacikistanda ilk dəfə olaraq mürəkkəb laparoskopik əməliyyatlar azərbaycanlı professor tərəfindən icra edilib
10.11.2021 16:25

Tacikistan Respublikası Səhiyyə Nazirliyinin dəvəti ilə M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin Kolorektal cərrahiyyə şöbəsinin rəhbəri, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin və Almazakademie Tibbi Treyninq Mərkəzinin sədri, professor Qurbanxan Müslümov Tacikistanda səfərdədir.

 

Azərbaycanlı professor Tacikistan Respublikası Cərrahlar Cəmiyyətinin xüsusi toplantısında 300-ə yaxın iştirakçı üçün müasir cərrahiyyənin nailiyyətləri barədə bir neçə məruzə ilə çıxış edib, Tacikistanda ilk dəfə olaraq toplantı zalına translyasiya edilməklə mürəkkəb əməliyyatlar icra etməklə 2 günlük ustad dərsləri verib, laparoskopik cərrahiyyə üzrə treyninqlər keçirib. Ustad dərsləri paralel onlayn olaraq bütün regionda translyasiya edilib. Tədbir çərçivəsində yoğun bağırsaq, mədə və qaraciyər patologiyaları olan xəstələr üzərində mürəkkəb laparoskopik əməliyyatlar Tacikistanda ilk dəfə olaraq azərbaycanlı professor tərəfindən icra edilib. Bu tacikistanlı mütəxəssislər tərəfindən hələ sovet Tacikistanında tibbin və xüsusən də cərrahiyyənin inkişafında azərbaycanlı cərrahların əvəzedilməz rol oynaması ənənəsinin davamı kimi qiymətləndirilib.

 

Professor Q.Müslümov Tacikistan Tibb Universiteti, Tacikistan Diplomdansonrakı İxtisasartırma İnstitutunun professor və müəllim heyəti üçün də cərrahiyyə üzrə tibb təhsili və ixtisaslaşma problemləri barədə məruzə oxuyub və iştirakçıları dünya təcrübəsi ilə tanış edib. Sevindirici haldır ki, azərbaycanlı professor Tacikistan Cərrahlar Cəmiyyətinin həqiqi üzvü seçilib və gələcəkdə Tacikistan Tibb Universiteti və Tacikistan Diplomdansonrakı İxtisasartırma İnstitutunun fəxri professoru seçilməsi barədə danişiqlar aparılaraq onun razılığı alınıb.

 

Səfər zamanı Tacikistan Respublikasının səhiyyə və sosial müdafiə naziri Cəlaləddin Abdullozado professor Qurbanxan Müslümovla görüşüb və gələcəkdə tacikistanlı cərrahların Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin xüsusi felloşip kurslarından yararlanması, laparoskopik və açıq cərrahiyyə üzrə ixtisaslaşma və treyninq kuslarında iştirak etməsi perspektivləri barədə müzakirələr aparılıb. Tacik həkimlərin Azərbaycanda keçiriləcək kurs və treyninqlərdə iştirakı ilə yanaşı Tacikistan Respublikasında da azərbaycanlı mütəxəssislərin iştirakı ilə endoskopik, laparoskopik və torakoskopik cərrahiyyə sahəsində ən son yeniliklərlə əyani tanış olmaq və öz bilik və bacarıqlarını artırmaq məqsədilə mütəmadi ustad dərslərinin və treyninqlərin təşkil edilməsi barədə də müzakirələr aparılıb.

 

Həyatımızın bütün sahələrində olduğu kimi tibb sahəsində də nəzərə çarpan inkişaf Azərbaycanın artıq region ölkələrində tibbin inkişafı üçün nümunə rolu oynaması, tibb kadrlarının ixtisaslaşma və öyrənmə mərkəzinə çevrilməsinə səbəb olmuşdur. Region ölkələrindən tibb kadrlarının öyrənmək və ixtisaslaşmaq məqsədilə məhz Azərbaycanı seçmələri hər kəs üçün qürurvericidir.

 

Xatırladaq ki, sentyabrın 29-dan oktyabr 14-nə kimi Tacikistan Səhiyyə Nazirliyinin göndərişi ilə bu ölkənin Baş Cərrahının rəhbərliyi altında bir qrup cərrah Azərbaycanda ixtisasartırma kursunda olmuşdu. Kurs iştirakçıları öz vətənlərinə geri döndükdən sonra Tacikistan Səhiyyə Nazirliyi Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Agentliyi, TƏBİB, Səhiyyə Nazirliyi və M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin ünvanına təşəkkür məktubu ünvanlayaraq kursun təşkilinə görə minnətdarlıq etmiş və bu əməkdaşlığın daha da dərinləşməsi və tacikistanlı həkimlərin Azərbaycanda digər sahələrdə də ixtisaslaşma imkanlarının yaradılmasını xahiş etmişdilər.

 

Onu xüsusi vurğulamaq lazımdır ki, tədbirin əsas günü noyabrın 8-də keçirildiyi üçün professor Q.Müslümov 100-lərlə həkimin izlədiyi tədbirin canlı yayımında Azərbaycanın Zəfər Günü və Şuşanın azad edilməsi günü münasibətilə həmkarlarını təbrik edib və 44 günlük müharibə barədə məlumat verib.

AZƏRTAC

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür   
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Mərkəzi Klinika vakansiya elan edir
ATU-nun Əczaçılıq toksikologiyası və kimya kafedrası əməkdaşlarının ixtirasına Avrasiya Patenti verilib
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Səhiyyə sahəsində səmərəli fəaliyyət göstərən bir qrup tibb işçisi təltif edilib - Pirallahı Tibb Mərkəzində 
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib