Mərkəzi Gömrük Hospitalının həkimi Türkiyədə keçirilən beynəlxalq konqresdə iştirak edib
10.11.2021 11:51

Mərkəzi Gömrük Hospitalının Qan bankı şöbəsinin rəisi, hematoloq Gülnar Xəlilova 3-7 noyabr 2021-ci il tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən “XIV Milli Qan Mərkəzləri və Transfuziya Təbabəti” Konqresinin əsas kurs proqramında iştirak edib. Təlim kursunda müxtəlif məruzəçilər tərəfindən bu mövzuda çıxışlar edilib.

Aztibb.az xəbər verir ki, konqresdə dünyada qan bankçılığı və transfuzioloji tibb sahəsində bilik və təcrübələr paylaşılıb, fikir mübadiləsi aparılıb, bu sahədəki yeniliklər və əldə edilən son nailiyyətlər haqqında məlumatlar diqqətə çatdırılıb. Qeyd olunub ki, irsi qan xəstəliyi olan xəstələrin, həmçinin, cərrahi əməliyyatların sayının artması qan və onun komponentlərinə olan tələbatı da artırır.

Pandemiya dövründə qana ehtiyacı olan bu şəxslərin qan ilə təmin edilməsi və donor seçiminə diqqət edilməsi ön plana keçir. Belə ki, COVID-19 pandemiyası ilə əlaqədar olaraq bütün dünyada olduğu kimi, ölkəmizdə də qan banklarının işi köklü surətdə dəyişmişdir. Onların fəaliyyəti ilk növbədə koronavirus xəstələrinin müalicəsinə yönəlmişdir.

Kurs proqramının sonunda Dr.Gülnar Xəlilovaya sertifikat təqdim edilib. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır