Qara bibərdə koronavirusun yayılmasının qarşısını alan maddə aşkarlanıb
10.11.2021 10:36

Rusiya alimləri müəyyən ediblər ki, bəzi təbii alkaloidlər, xüsusən də qara bibərin tərkibindəki piperin, COVID-19-un hüceyrələrə yoluxmasına maneə törədir.

 

Aztibb.az "RİA Novosti"yə istinadən məlumatına görə, Sankt-Peterburq alimləri hazırda insan hüceyrələrinin lipid membranlarını və koronavirusun birləşməsinə maneə törədə bilən maddələri öyrənirlər.

 

Tədqiqatçılar müəyyən ediblər ki, piperin virusun lipid örtüyünün xüsusiyyətlərini dəyişib. Nəticədə virus hüceyrələrə nüfuz etmir və bununla da onun yayılması dayandırılır.

 

Piperin (C17H19NO3) COVID-19-un qarşısının alınması və müalicəsi üçün effektiv pəhriz əlavələrinin yaradılması üçün əsas alkaloid ola bilər.

 

"Ən təsirli birləşmə - piperin qara bibərin tərkibindədir. Bu çoxdan məlumdur və müxtəlif tibbi məqsədlər üçün bioaktiv əlavələrdə istifadə olunur", - Rusiya Elmlər Akademiyasının baş elmi işçisi Olqa Ostroumova bildirib.

 

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Laçın RMX-da təlim: “Uşaqlarda qastroenteritlərin düzgün diaqnostikası və müalicəsi” 
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv
SMA dərmanları ilə bağlı araşdırma aparılır - Nazir açıqladı
Tibbi mübahisələrdə həkimin məsuliyyəti necə qiymətləndirilir?