Tanınmış azərbaycanlı rəssam Moskvada koronavirusdan dünyasını dəyişib
09.11.2021 10:13

Moskvada tanınmış azərbaycanlı rəssam Abbas Kazımov koronavirusdan dünyasını dəyişib.

 

Aztibb.az-ın məlumata görə, Azərbaycan Rəssamlar İttifaqının, Beynəlxalq Rəssamlar Konfederasiyasının üzvü, Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki Abbas Kazımov noyabrın 8-də 65 yaşında vəfat edib.

 

Onun COVID-19 virusundan xəstəxanada vəfat etdiyi bildirilib.

 

Qeyd edək ki, Kazımov Abbas Ələsgər oğlu 1 yanvar 1956-cı ildə Bakı şəhərində anadan olub. O, 1978-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbinin rəngkarlıq fakültəsini, 1984-cü ildə Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun bədii qrafika fakültəsini bitirib. Abbas Kazımov 1984-cü ildən Azərbaycan Rəssamlar İttifaqının, 2011-ci ildən Rusiya Rəssamlıq Akademiyasının, YUNESKO nəzdində Beynəlxalq rəssamlar federasiyasının üzvü olub. O, rəngkarlıqda "xalça üslubu"nun yaradıcısı hesab olunur. Bu üslub özündə şərq və klassik incəsənət və mədəniyyət məktəbinin xüsusiyyətlərini birləşdirir. Onun "Pirosmaniyə həsr edilir" silsilə qrafik əsərlər, "Qırmızı və Qara", "Nağıl", "Qarabağ atları" silsilə rəngkarlıq əsərlərini qeyd etmək olar. Yaltada Yumoristlər xiyabanında Arkadi Аrкаnоvun jileti və Mixail Jvanetskinin portfelinə abidələr Abbas Kazımovun eskizləri üzrə yaradılıb. Rəssam respublika və beynəlxalq sərgilərin fəal iştirakçısı olub. Onun fərdi sərgiləri Moskva, Vaşinqton və Kanadada təşkil olunub.

 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib