Zəfər qalibiyyətində Azərbaycan tibb işçilərinin də payı böyükdür
08.11.2021 19:40

44 günlük Vətən müharibəsi dövründə digər hərbi qulluqçularla yanaşı, tibb işçiləri də böyük qəhrəmanlıq və şücaət göstəriblər. Müharibə zamanı 159 hərbi tibb işçisi yaralanıb. Onlardan 42 həkim, 37 feldşer və 26 sanitar şəhidlik zirvəsinə ucalıb.

 

Qeyd edək ki, Vətən müharibəsinin yeganə xanım şəhidi Arəstə Baxışova da tibbi işçisi olub. Azərbaycan Ordusunun çavuşu, hərbi feldşer Arəstə Baxışova Füzuli, Zəngilan və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanından tibbi yardım göstərib.

 

Yaralıların müalicəsi və tibbi təminatı müharibənin ilk günlərindən Prezident, Silahı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şəxsən nəzarəti altındadır. Dövlətimizin başçısı çıxışlarının birində yaralıların sağlamlığının bərpası ilə əlaqədar tibbi reabilitasiya mərkəzlərinin açılmasına dair göstəriş verib.

 

Şəhid həkimlərdən – Azərbaycan Tibb Universitetinin məzunları olmuş tibb xidməti polkovnik-leytenantı Rasim Abdullayev,  tibb xidməti leytenantı Azər Şəmilov,  tibb xidməti leytenantı  Turqut Xəlilbəyli, tibb xidməti leytenantı Adil Əfəndiyev, tibb xidməti leytenantı Mirlətif Ağayev, tibb xidməti kapitanı Anar Məmmədov, tibb xidməti giziri Eldar Abdullayev, tibb xidməti baş leytenantı  Nurlan Fərəməzov, tibb xidməti baş leytenantı Şöhrət Qasımov,  tibb xidməti leytenantı Tariyel Salmanov və digər şəhidlərimiz fəxrlə anılır.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir