Milli Hematologiya və Transfuziologiya Mərkəzində Zəfər Günü qeyd olunub
08.11.2021 13:38
8 Noyabr - Zəfər Günü münasibətilə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin rəhbərliyi və qurumun Həmkarlar İttifaqı Komitəsi 44 günlük Vətən müharibəsində iştirak etmiş Mərkəz əməkdaşları ilə görüş keçirib.
Görüş zamanı çıxış edən Mərkəzin icraçı direktoru Valeh Hüseynov bildirib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə cəmi 44 gün ərzində Azərbaycanın uzun illərdir işğal altında qalan ərazilərini azad edən rəşadətli Azərbaycan Ordusu tarixi ədaləti bərpa etməklə öz möhtəşəm gücünü və hərbi qüdrətini bütün dünyaya nümayiş etdirdi. Artıq müstəqil dövlətimizin üçrəngli, ay-ulduzlu dövlət bayrağı respublikamızın bütün guşələrində olduğu kimi, Şuşada və işğaldan azad edilmiş digər torpaqlarımızda əzəmətlə dalğalanmaqdadır.
"Otuz ilə yaxın işğal altında olan torpaqlarımız şəhidlərimizin - əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildi. Azərbaycan Ordusunun şanlı qələbəsi ilə başa çatan Vətən müharibəsi zamanı canlarını fəda edən oğullarımızın xatirəsi həmişə qəlbimizdə yaşayacaqdır", - deyə Valeh Hüseynov qeyd edib.
Daha sonra Vətən müharibəsində iştirak etmiş Mərkəzin laboratoriya şöbəsinin növbətçi həkimi Səbuhi Dadaşov və mühafizəçi Səhliyar Məmmədov Milli Hematologiya və Transfuziologiya Mərkəzinin "Təşəkkürnamə"ləri ilə təltif olunublar.
Xatırladaq ki, ölkə başçısının müvafiq sərəncamları ilə S.Dadaşov "Xocavəndin azad olunmasına görə medalı", S.Məmmədov isə "Cəsur döyüşçü" və "Füzulinin azad olunmasına görə medalı" ilə təltif edilmişdilər.
Bu bölməyə aid digər xəbərlər
Müasir biologiya və təbabətin prioritet istiqamətlərindən olan kök hüceyrə tədqiqatlarına həsr olunmuş seminar
24.10.2026 | 10:06
Mərkəzi Neftçilər Xəstəxanasının tibb heyətinin peşəkar fəaliyyəti İctimai Televiziyada işıqlandırılıb
23.10.2026 | 12:02
Şamonda virusundan ilk insan ölümü Fransada qeydə alınıb
23.10.2026 | 10:17
AQTA sədri İmişlidə və Sabirabadda istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olub
23.10.2026 | 10:05
Nigeriyada “Ebola” virusuna ilk yoluxma halı qeydə alınıb
21.10.2026 | 10:57
AQTİ mütəxəssisi İtaliyada karantin statuslu göbələyin inkişaf xüsusiyyətlərini araşdırıb
21.10.2026 | 09:47
ATU tələbələri “Zirvəyə birlikdə qalxaq!” kütləvi yürüşündə
21.10.2026 | 08:29
1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib
20.10.2026 | 15:55
Şamaxı rayonunun Mərzəndiyyə kəndində sakinlər üçün səyyar tibbi xidmət keçirilib
20.10.2026 | 15:51
Elmi-Tədqiqat Pediatriya İnstitutunda şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı göstərilir
20.10.2026 | 15:24
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41

