ÜST-ün Azərbaycan nümayəndəliyi səhiyyə müəssisələrinin potensialının artırılmasına dəstək verir
06.11.2021 20:28

Əl gigiyenası yoluxucu xəstəliklərin, o cümlədən COVID-19-un qarşısını ala və həyat xilas bilər.

 

Aztibb.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü çərçivəsində ÜST-ün Azərbaycan nümayəndəliyi səhiyyə müəssisələrinin potensialının artırılmasına dəstək verməyə davam edir.

 

Tibb işçiləri arasında əl gigiyenası təcrübələrini təkmilləşdirmək üçün ÜST-ün Azərbaycan nümayəndəliyi münaqişənin təsirinə məruz qalmış rayonlardakı 5 tibb müəssisəsini 1000-dən çox dezinfeksiyaedici vasitə (100 ml) və geri çəkilə bilən kəmər klipi ilə təmin edib. Bu dezinfeksiyaedici vasitələr tibb işçilərinin xəstə ilə təmasda olduqdan sonra əllərini yuma ehtiyacını aradan qaldırır və səyyar şəkildə onları özləri ilə daşımağa imkan yaradır.

 

Bundan əlavə, seçilmiş xəstəxanalara əl gigiyenası ilə bağlı miflər, müxtəlif şöbələrdə əl gigiyenası və əllərin dezinfeksiyaedici vasitə ilə təmizlənməsi və əl yuma ilə bağlı 625 maarifləndirici poster paylanıb, səhiyyə müəssisələrində əl gigiyenasının effektiv həyata keçirilməsi üçün müvafiq tövsiyələr verilib.

 

Səfər zamanı, həmçinin daha əvvəl təhvil verilmiş noutbuk, modem və proqram təminatı münaqişənin təsirinə məruz qalmış rayonlardakı 5 Gigiyena və Epidemiologiya Mərkəzlərinə çatdırılıb və quraşdırılıb.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib