İndiyədək 2165 qaziyə əlillik və sosial ödənişlər təyin edilib
06.11.2021 14:19

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında cari ilin 9 ayında görülən işlər, postmüharibə dövründə sosial dəstək tədbirləri müzakirə olunub.

 

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun bir il bundan əvvəl Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfəri qeyd edib. Nazir bu tarixi Qələbənin xalqımızda sonsuz qürur hissi yaratdığını vurğulayıb.

 

Vətən müharibəsindən sonra Prezidentin tapşırığı ilə böyük sosial dəstək paketi icra olunur. Şəhid ailələri və qazilər, erməni terrorundan zərər çəkənlərdən ibarət artıq 33 min şəxs bu dəstək tədbirləri ilə əhatə olunur. Şəhidlərimizin ailə üzvləri və qazilərimizlə bağlı icra olunan sosial dəstək proqramları daha da genişlənəcək.

 

Qeyd edilib ki, şəhid ailələrinin üzvlərindən ibarət 7900 nəfərə 15700 sosial ödəniş (Prezidentin aylıq təqaüdü, pensiya və ya müavinət) təyin edilib. Həmçinin Vətən müharibəsi qazilərinin əlilliyini qiymətləndirilməsi işləri də davam edir. Onlardan artıq 2165 qaziyə əlillik və sosial ödənişlər təyin edilib. Bu il şəhid ailələri və müharibə əlillərinə 1850 mənzil verilib və ilin sonunadək bu rəqəm 3 minə çatacaq. Həmçinin müharibə əlillərinin avtomobillə təminatı işləri davam edəcək.

 

2021-ci il üzrə 16 min şəxsin özünüməşğulluq proqramına cəlb olunması nəzərdə tutulub. Onlardan artıq 13 min şəxs proqrama cəlb olunub. Özünüməşğulluq proqramına şəhid ailələri və qazilərin cəlb edilməsi xüsusi qeyd edilə bilər. Vətən müharibəsindən sonrakı bir ildə bu kateqoriyadan olan 5500-ə yaxın şəxs özünüməşğulluq proqramına cəlb olunub.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
ATU tələbələri Türkiyədə kliniki təcrübə proqramında iştirak ediblər
Neftçalada
İsmayıl Əfəndiyev Balakən Gömrük İdarəsində insan alverinə qarşı mübarizəyə dair təlim keçirib
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
 Naftalan Şəhər Mərkəzi Xəstəxanasında profilaktik peyvənd tədbirləri davam etdirilir   
 Əhalinin sağlam həyat tərzi və davranış risk amilləri ilə bağlı maarifləndirici tədbir keçirilib   
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
Ağlama səsindən xəstəliyin təyini - Körpə səslərini analiz edən süni intellekt
Mərkəzi Gömrük Hospitalının uroloqu AZTV-yə müsahibə verib
Kəngərli rayonunun Çalxanqala kəndində tibbi müayinə aksiyası təşkil olunub
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Prezident elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb