ATU tələbələri qəhrəman qazilərimizlə görüşüblər - FOTO
05.11.2021 11:01
Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və “Böyük Qayıdış” Gənclər İctimai Təşkilatının birgə təşkilatçılığı ilə noyabrın 4-də “44 Günün Qəhrəmanları” layihəsi çərçivəsində tələbələrlə növbəti görüş keçirilib. Azərbaycan Tibb Universitetində (ATU) təşkil olunmuş görüşdə Dövlət Himni səsləndirildikdən sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açıq elan edən ATU-nun təbris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev bildirib ki, xalqımız böyük qürur və sevinc hissi ilə şanlı qələbəmizin ildönümünü qeyd etməyə hazırlaşır: “Ötən ilin 27 sentyabrında başlayan və 10 noyabrda düşmənin təslim olması ilə başa çatan müharibəni çox haqlı olaraq Vətən müharibəsi adlandırırıq. Ümumiyyətlə, qəhrəman hərbçilərimizin 44 günlük yürüşünü bütün gözəl epitetlərlə bəzəsək, yenə də o fədakarlığın tam mənzərəsini ifadə edə bilməyəcəyik. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında yenilməz Azərbaycan Ordusu təkcə tarix yazmadı, həm də yeni coğrafiya yaratdı. Çünki bizim 90-cı illərdə düşmənin hərbi təcavüzü nəticəsində itirdiyimiz doğma torpaqlarımız ilk dəfə idi ki, müstəqil dövlətimizin igid övladları tərəfindən qısa bir müddətdə geri alınırdı”.
Professor S.Əliyev Vətən müharibəsi dövründə istər ön, istərsə də arxa cəbhədə öz sözünü deyən Azərbaycan gəncliyinin hər şeyə qadir olduğunu vurğulayıb. Onun bildirdiyinə görə, insanlarda milli ruhun yüksəldilməsi və maarifləndirmə işlərinin aparılmasında, eləcə də informasiya müharibəsi və sosial şəbəkələr vasitəsilə ölkəmizin haqq səsinin dünyaya çatdırılmasında gənclər təşkilatları böyük rol oynayıb.
Daha sonra Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov və “Böyük Qayıdış” Gənclər Təşkilatının idarə heyətinin üzvü, bir çox hərbi əməliyyatların və Aprel döyüşlərinin iştirakçısı, Qarabağ qazisi, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantı Əhliyət Mehdiyev Ali Baş Komandanın rəhbərliyi ilə qüdrətli və yenilməz ordumuzun 30 illik Vətən həsrətinə son qoymasından və bizi tarixi yurd yerlərimizə qovuşdurmasından fəxrlə danışıblar. Çıxışçılar Vətən müharibəsinin birinci ildönümünü yaşadığımız bu günlərdə belə silsilə tədbirlərin keçirilməsinin böyük önəm daşıdığına diqqəti çəkərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bizlərə tariximizin şanlı səhifəsi olan böyük Zəfəri yaşatmış Vətən müharibəsi qəhrəmanlarının tanıdılması və gənc nəslin onlardan nümunə götürməsinin vacibliyini xüsusi vurğulayıblar.
Sonra toplantı iştirakçıları “Böyük Qayıdış” Gənclər Təşkilatının icraçı direktorunun müşaviri Elşən Qəhrəmanovun təqdimatında https://shehidimiz.az saytı və “Azərbaycan Gəncliyi Vətən Müharibəsində” adlı jurnalın PDF versiyası ilə tanış olublar.
Tələbələr və gənclər arasında qəhrəman hərbçilərimizin, qazilərimizin tanıdılması məqsədilə həyata keçirilən görüşdə açılış nitqlərinin ardınca dövlətçilik tariximizə qızıl hərflərlə yazılmış Vətən müharibəsindəki zəfəri və xalqımızın sevincini əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə qonaq olan Vətən müharibəsi qaziləri Hüseyn Mirzəyev, Elvin Mamedov və Elnur Əkbərov müharibənin insanlara gətirdiyi fəlakətlərdən bəhs edərək, acılı-şirinli xatirələrini bölüşüblər. Onlar Prezident İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatının dünya hərb tarixinə düşməsi ilə fəxr etdiklərini bildiriblər. Qazilər çıxışlarında bu günümüzün gənc nəslinin vətənpərvər yetişməsində mənsub olduqları xalqın, tərbiyə aldıqları valideyn və müəllimlərinin rolunu xüsusi qeyd edərək, bu kontekstdə Azərbaycan Tibb Universitetinin kollektivinə öz minnətdarlıqlarını çatdırıblar.
Çıxışlardan sonra qazilər tələbələrin suallarını cavablandırıblar. Görüşdə cəsur qəhrəmanlarımız bir daha bildiriblər ki, əldə olunan böyük uğurların ən başlıca səbəbi xalqın və xüsusilə də gənclərin dəmir yumruq kimi Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsidir.
Tələbələr adından çıxış edən ATU-nun İctimai səhiyyə fakültəsinin II kurs tələbəsi Ləman Əhmədova igid döyüşçülərimizə təşəkkür edib. O, Vətən müharibəsi zamanı şanlı Ordumuz tərəfindən nümayiş etdirilən vətənpərvərlik və birlik nümunəsini, qazilərimizin qəhrəmanlıqlarını digər tələbələrə də çatdıracaqlarına söz verib.
Sonda universitetimizlə görüşə gəlmiş qazilərə rəhbərlik adından xüsusi hədiyyələr təqdim olunub və tədbir iştirakçıları qazilərlə birgə xatirə şəkli çəkdiriblər.
Məlumat üçün bildirək ki, bu layihə çərçivəsində paytaxt və regionlarda geniş tələbə auditoriyasına malik olan ali təhsil müəssisələrinin tələbələri ilə Vətən müharibəsində böyük hünər və şücaət göstərmiş qazilərimizin görüşləri mütəmadi olaraq davam etməkdədir.
Bu bölməyə aid digər xəbərlər
Mərkəzi Gömrük Hospitalının Fizioterapiya şöbəsində müasir müalicə və reabilitasiya metodları tətbiq olunur
23.10.2026 | 09:54
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Tədris Cərrahiyyə Klinikasında uğurlu əməliyyat: Xəstənin çənəsində zədələnmiş sümük toxumasının rezeksiyası icra edilib
22.10.2026 | 13:22
ATU Beynəlxalq Kitab Sərgisində təmsil olunur
22.10.2026 | 11:48
Respublika Kliniki Uroloji Xəstəxanasında ilk dəfə laparoskopik adrenalektomiya əməliyyatı aparılıb
22.10.2026 | 10:38
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
22.10.2026 | 09:11
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

