Vətən müharibəsində şəhid olmuş 18 həkimin xatirəsi anılıb - FOTO
04.11.2021 17:22
Azərbaycan Tibb Universitetində (ATU) Vətən müharibəsinin 18 həkim şəhidinin xatirəsinə həsr edilmiş mərasim keçirilib. Tədbir Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Bakı şəhər Mədəniyyət Baş İdarəsi, ATU və Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Aztibb.az xəbər verir ki, öncə ümummilli lider Heydər Əliyevin və Qarabağ müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun işğalçı Ermənistan üzərində tarixi Qələbəsindən söz açıb. Bildirib ki, 8 Noyabr - Zəfər Günü tariximizə qızıl hərflərlə yazılıb. O, Prezident İlham Əliyevin qələbədən sonrakı çıxışlarının hər bir kəsin əhval-ruhiyyəsinə, nitqinə, davranışına təsirindən danışaraq deyib ki, 44 günlük Vətən müharibəsində qazanılan Qələbə xalqın itən ümidinin, azalmış qürurunun qayıtmasına səbəb olub. İkinci Qarabağ müharibəsi tarixdə əbədi qalacaqdır.
Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin bugünkü qələbəmiz üçün zəmin yaratdığını vurğulayan professor G.Gəraybəyli Ümummilli Liderin ATU-da Hərbi tibb fakültəsinin yaradılması haqqında 25 may 2000-ci il tarixli sərəncamını bu uzaqgörənliyin bariz nümunəsi kimi dəyərləndirib. Bildirib ki, Hərbi tibb fakültəsinin vəzifəsi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyacına uyğun hərbi həkim, hərbi həkim və feldşer hazırlamaq, eyni zamanda ordumuzda çalışan tibb heyətinin müxtəlif ixtisaslar üzrə təkmilləşməsini həyata keçirməkdir. Vətən müharibəsində digər hərbi qulluqçularla yanaşı, tibb işçiləri də misilsiz qəhrəmanlıq və şücaət göstərərək öz adlarını şərəfli tariximizə yazmışdır. Müharibə zamanı 159 hərbi tibb işçisi yaralanmış, 42 tibb işçisi isə xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olmuşdur. Həlak olmuş tibb işçilərindən 18-i həkimdir: "Qürurla qeyd etmək istəyirəm ki, həmin hərbi həkimlər universitetimizin yetirmələridir. Onlar qorxmadan əsgərlərimizin, hərbçilərimizin yanında olaraq həkimlik adını daha da ucalara qaldırmışlar".
Sonra çıxış edən ATU-nun Hərbi tibb fakültəsinin rəisi, tibb xidməti polkovniki Çingiz Əlləzov İkinci Qarabağ müharibəsi və qazandığımız Qələbə haqqında məlumat verib. Bildirib ki, ötən il sentyabrın 27-dən başlayan, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə çevrilib.
Digər çıxışçılar da 44 günlük Vətən müharibəsi zamanı öz peşə fəaliyyətlərini şərəflə yerinə yetirərkən şəhidlik zirvəsinə ucalmış həkimlərimizin əziz xatirəsinin daim ehtiramla anılacağını, örnək olaraq yeni nəsillərə çatdırılacağını vurğulayıblar.
Tədbirdə müharibə zamanı əsgərlərimiz tərəfindən lentə alınmış tarixi kadrlar, eləcə də möhtəşəm qələbəyə aparan şərəfli yolun əks olunduğu videoçarx nümayiş etdirilib.
Toplantının bədii hissəsində Səbail rayon Badamdar qəsəbə mədəniyyət evinin bədii rəhbəri Rəna Hüseynova, rejissor Suqra Lütfəliyeva, ATU-nun tələbəsi Aytac Yüzbəyova və Hərbi tibb fakültəsinin kursantı Nicat Nəsibli qələbə ovqatlı şeirlər səsləndiriblər.
Sonda tanınmış müğənnilərin ifasında vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib.
Bu bölməyə aid digər xəbərlər
Mərkəzi Gömrük Hospitalının Fizioterapiya şöbəsində müasir müalicə və reabilitasiya metodları tətbiq olunur
23.10.2026 | 09:54
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Tədris Cərrahiyyə Klinikasında uğurlu əməliyyat: Xəstənin çənəsində zədələnmiş sümük toxumasının rezeksiyası icra edilib
22.10.2026 | 13:22
ATU Beynəlxalq Kitab Sərgisində təmsil olunur
22.10.2026 | 11:48
Respublika Kliniki Uroloji Xəstəxanasında ilk dəfə laparoskopik adrenalektomiya əməliyyatı aparılıb
22.10.2026 | 10:38
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
22.10.2026 | 09:11
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

