Yumurtalığını itirmək təhlükəsi ilə üzləşən 12 yaşlı qız uğurla əməliyyat olunub
04.11.2021 12:00
12 yaşında qız uşağı yumurtalığında olan nəhəng ölçülü şiş səbəbi ilə yumurtalığını itirmək təhlükəsi ilə üzləşib.
 
Aztibb.az xəbər verir ki, qarnında qəflətən güclü ağrılar, qusma başlayan, dərman müalicələrinə baxmayaraq vəziyyəti getdikcə pisləşən uşağın valideynləri uşaq cərrahı Fuad Hüseynova müraciət ediblər. 
 
Aparılan müayinələr zamanı səbəbin yumurtalıqda olan nəhəng ölçülü kista olduğu aşkarlanıb.
 
F.Hüseynov bildirib ki, kista yumurtalığın burulmasına səbəb olduğu üçün yumurtalıq qidalana bilməyib və artıq 24 saat vaxt keçdiyi üçün yumurtalığı itirmək təhlükəsi mövcud olub.
 
"Təcili cərrahi əməliyyata başladıq, qızımızın şansından yumurtalıq burulsa da canlı qalmışdı, yəni gecikmədik, onu qoruya bildik. Əməliyyat laparoskopik, yəni qapalı yolla həyata keçirildi, yumurtalığı qoruyaraq kista çıxarıldı. Uşaq hazırda bütün risklərdən uzaqdır, sadəcə USM və ginekoloq nəzarətindədir", - deyə həkim bildirib. 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır