Xərçəng xəstəliyinin effektiv müalicəsi üçün YENİ ÜSUL  
04.11.2021 14:30

Britaniyanın Nottingem, Çinin Ninbo universitetləri və Şansi Kənd Təsərrüfatı Universitetinin alimləri xərçəng xəstəliyi ilə mübarizə aparmağa kömək edən parazit aşkarlayıblar.

 

Aztibb.az iz.ru-ya istinadən xəbər verir ki, bununla bağlı tədqiqat “Journal for ImmunoTherapy Cancer” jurnalında dərc olunub.

 

Alimlər qeyd ediblər ki, “Toxoplasma gondii” paraziti orqanizmdə yaşayır və onun immun müdafiəsinə qarşı çıxmaq üçün çoxlu miqdarda zülal ifraz edə bilir.

 

Tədqiqatçılar siçanlar üzərində apardıqları təcrübədə bu parazitin çoxalma qabiliyyəti məhdud olan mutant ştamını yaradıblar. Bir iynənin köməyi ilə mütəxəssislər onu gəmiricilərin "soyuq" şişlərinə birbaşa yeridiblər. Qeyd edilir ki, bu cür yeni ştamlar iltihaba və immun reaksiyasına səbəb olmur.

 

Nəticədə şiş yerində iltihab başlayıb, immun nəzarət nöqtələrinin effektivliyi və heyvanların sağ qalması artıb. Eyni zamanda, şişin böyüməsi ləngiyib.

 

Onkoloqlar ümid edirlər ki, yaxın gələcəkdə insanlar üçün şişlərin müalicəsinin sxemlərini hazırlamaq üsulu alınacaq. Yeni metod, həmçinin uşaqlarda prostat vəzisinin və bir çox yeni şişlərin karsinomasını müalicə etməyə imkan verəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır