"Şəkərli diabet xəstəliyinə müasir yanaşma: problemlər və gələcək hədəflər" mövzusunda vebinar keçiriləcək
04.11.2021 10:24

12 noyabr 2021-ci il tarixində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə "Zoom" platforması üzərindən "Şəkərli diabet xəstəliyinə müasir yanaşma: problemlər və gələcək hədəflər" mövzusunda vebinar keçiriləcək.


Aztibb.az xəbər verir ki, 14 noyabr – Ümumdünya Diabet Gününə həsr olunacaq vebinarda “Kardiovaskulyar (damar) xəstəlikləri və diabet”, “Diabetik nefropatiya”, “Diabetik retinopatiya”, “Koronaviruslu xəstələrdə diabetin idarəedilməsi” mövzusunda məruzələr dinləniləcək.

 

Tədbir çərçivəsində, həmçinin həkimlər arasında təcrübə mübadiləsinin təmin edilməsi üçün interaktiv sual-cavab sessiyaları təşkil olunacaq.

Proqramın 80 faizini tamamlayan hər bir iştirakçıya onlayn sertifikat veriləcək.

Qeyd edək ki, tədbirdə iştirak ödənişsizdir. 

 

Proqramla tanış olmaq üçün link: 
https://customshospital.az/.../2021/11/proqram-son.pdf/

Qeydiyyatdan keçmək üçün link: 
https://forms.gle/SiENNmWk249EEwwm9

ÇOX OXUNANLAR
Araşdırma: Yüksək dozada Omeqa-3 qəbulu belə yaddaş zəifləməsinin qarşısını almayıb  
1-ci tip diabetin inkişafını gecikdirən dərman ilk dəfə xəstəyə tətbiq edilib
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
Rəşad Şolanın ixtirası dünyada birinci oldu
Uşaqlıq qanaxması şikayəti ilə müraciət edən xəstəyə cərrahi müdaxilə həyata keçirilib - Tədris Cərrahiyyə Klinikası
 Mərkəzi Gömrük Hospitalının şöbə rəisi “Certificate of Merit” Fəxri Xidmət Sertifikatı ilə təltif olunub   
Şirvan ŞMX-da ağır əl travması alan pasiyent üzərində uğurlu əməliyyat icra olunub
Ağdərə rayonunun Suqovuşan qəsəbəsində tibbi aksiya: 10 nəfərə zəruri xidmətlər göstərilib
45 dəqiqəlik mübarizə, bir ömrə verilən ikinci şans – Həkimlər pasiyenti həyata qaytardılar
TƏBİB: Ötən ay təcili tibbi yardım xidməti tərəfindən 131 305 nəfərə tibbi yardım göstərilib
Dəri altında yaranan şişlik dermoid kista ola bilər
Huawei diabetə nəzarət üçün yeni davamlı qlükoza monitorinq sistemini təqdim edib
Alimlər Altsheymer xəstəliyinin qarşısını ala bilən burun damcısı hazırlayıblar  
8 yaşlı pasiyent üzərində mürəkkəb rekonstruktiv əməliyyat icra olunub