Hindistanın Ayurveda müalicə sistemi pandemiya dövründə bütün dünyada xüsusi aktuallıq qazanıb
03.11.2021 12:13

Hindistanın müstəqilliyinin 75-ci ildönümü ilə bağlı keçirilən bayram tədbirləri çərçivəsində Hindistanın Bakıdakı səfirliyi tərəfindən Ayurveda Günü (Ayurveda - təbii müalicə sistemi) ilə bağlı tədbir təşkil olunub. Tədbirdə yüksək səviyyəli tibb işçiləri, həkimlər, böyük turizm şirkətlərinin nümayəndələri, Azərbaycan Turizm Bürosunun rəsmiləri və tanınmış media nümayəndələri iştirak ediblər.

 

Aztibb.az xəbər verir ki, səfirlikdən bildirilib ki, Hindistanın Azərbaycandakı səfiri Vanlalvavna Bavitlunq müasir dövrdə Ayurvedanın artan aktuallığını vurğulayıb. O, həmçinin Hindistanda ənənəvi tibb sistemlərindən istifadə edən sağlamlıq mərkəzlərinin təklif etdiyi imkanlardan danışıb.

 

Səfir “Azadi Ka Amrit Mahotsav” təşəbbüsü çərçivəsində Hindistanın müstəqilliyinin 75 illiyinin qeyd edilməsi ilə bağlı olaraq Azərbaycanda “Ayurveda Günü” tədbirinin keçirilməsinin əlamətdar olduğunu vurğulayıb.

 

Tədbirdə çıxış edən “Avromed” şirkətinin baş direktoru Kamran Ağasi Ayurvedanın əhəmiyyəti və vacibliyi, eləcə də onun Azərbaycanda potensialı haqqında danışıb. O, həmçinin şəxsi təcrübələrinə əsaslanaraq Hindistandakı sağlamlıq mərkəzlərinin təklif etdiyi imkanları vurğulayıb.

 

Daha sonra qonaqlara Ayurveda haqqında Azərbaycan dilində subtitrli qısametrajlı sənədli film nümayiş etdirilib.

 

Hindistanın 5000 il yaşı olan Ayurveda müalicə sistemi xüsusilə pandemiya dövründə bütün dünyada aktuallıq qazanmaqdadır. Ayurveda sanskrit sözüdür və “həyat elmi” kimi tərcümə olunur. Ayurveda sağlam yaşamağın praktiki yollarını və təbii müalicə üsullarını elm ilə birləşdirərək onu daha effektiv və populyar edir. Qədim dövrlərdən bəri bu elmi bilik bir çox cəmiyyətlərə təsir göstərib və dünyanın digər yerlərində təbii müalicə sistemləri öz mənşəyini Ayurvedadan götürür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib