Uşaqlar arasında yayılan yeni qrip növü nədir? - AÇIQLAMA
03.11.2021 09:38

Bu gün uşaqlar arasında öskürək, qusma, halsızlıq, ishal kimi əlamətlərlə müşahidə edilən xəstəlik yayılmaqdadır. Lakin çox uşaqlarda bu əlamətlər müşahidə edilsə də, hərarətin yüksəlməsinə səbəb olmur.

 

Aztibb.az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, pediatr Erkin Rəhimov bildirib ki, hazırda uşaqlarda müşahidə edilən xəstəliyin konkret hansı virusdan qaynaqlandığını demək çətindir, ancaq bunlar əsasən üst tənəffüs yolları infeksiyasına aiddir:

 

“Misal üçün rhinoviruslar çox yüksək qızdırma vermirlər, daha çox burun axıntısı, öskürək kimi üst tənəffüs yolu infeksiyaları yaradırlar. Parainfluenza adlanan qripə bənzər virus da bu cür şikayətlərə səbəb ola bilər. Yəni müayinə aparmadan hansı virusun olmasını dəqiq demək mümkün olmur. Lakin qış fəslinə keçdikcə, havalar soyuduqca üst tənəffüs yolu infeksiyaları çoxalır və onların bir çoxunda əlamətlər eyni olur. Bəziləri qızdırma ilə müşayiət olunur, bəzilərində isə temperatur çox da yüksəlmir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib