Antonio Quterreş: Bəşəriyyət böhran nöqtəsinə sürətlə yaxınlaşır
02.11.2021 12:09

BMT-nin Baş katibi Antonio Quterreş Qlazqoda BMT-nin iqlim problemlərinə həsr edilmiş konfransına toplaşmış dünya liderlərinə müraciətlə xəbərdarlıq edib: “Biz özümüzə məzar qazırıq”.

 

Aztibb.az BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, Baş katibin sözlərinə görə, bəşəriyyətin qazıntı şəklində yanacaqdan asılılığı onu uçuruma, planetimizi isə təhlükəli dərəcədə istiləşmə səviyyəsinə yaxınlaşdırır.

 

Baş katib çıxışının əvvəlində deyib: “İqlim problemlərinə həsr edilmiş Paris sazişinin imzalandığı keçən 6 il meteroloji müşahidələr tarixində ən isti illər olub. Qazıntı şəklində yanacaq növlərindən asılılıq bəşəriyyəti uçuruma aparır”.

 

Onun sözlərinə görə, bu gün bəşəriyyət çox sərt bir seçim qarşısındadır: ya bu proses dayandırılacaq, ya da böhran planetdə həyata son qoyacaq. BMT rəhbəri deyib: “Bioloji müxtəlifliyə ziyan vurmağımız yetər, karbon tullantıları ilə özümüzü məhv etməyimiz yetər, təbiətə zibilxana kimi münasibət bəsləməyimiz yetər, yandırmaq, qazmaq yetər. Biz özümüzə məzar qazırıq”.

 

“İndi həqiqət anıdır. Biz böhran nöqtəsinə sürətlə yaxınlaşırıq, bu həddi keçəndən sonra qlobal istiləşmə prosesləri daha da sürətlənəcək”, - deyən Quterreş tullantısız, iqlim dəyişmələrinə davamlı iqtisadiyyata sərmayə qoymağa çağırıb. Quterreş əmindir ki, bu cür investisiyalar davamlı artıma, yeni iş yerləri açılmasına və yeni imkanlar üzə çıxmasına şərait yaradacaq.

 

Temperatur artımını 1,5 dərəcə səviyyəsində saxlamaq üçün çalışmağı tövsiyə edən Baş katib bu məsələdə “Böyük yeddilik” ölkələrinin üzərinə xüsusi məsuliyyət düşdüyünü vurğulayıb, çünki tullantıların təqribən 80 faizi həmin ölkələrin payına düşür. Baş katib iqtisadiyyatın karbonsuzlaşdırılmasını sürətləndirmək və kömürdən imtina etmək üçün inkişaf etmiş və inkişaf etməkdə olan ölkələri müvafiq koalisiyalar yaratmağa çağırıb.

 

Xatırladaq ki, Qlazqoda keçirilən konfransda Azərbaycanı ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib