ATU eyni gündə Türkiyənin 5 universiteti ilə saziş imzaladı
02.11.2021 15:07
Bu gün Azərbaycan Tibb Universiteti (ATU) ilə Türkiyənin 5 universiteti arasında əməkdaşlığa dair saziş imzalanıb.
Bu münasibətlə təşkil olunmuş tədbirdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli qonaqlara ali məktəbin yaranma tarixi, fəaliyyət istiqamətləri barədə məlumat verib. Bildirib ki, son illər aparılan islahatlar ATU-da tədris prosesinin keyfiyyətinin artırılmasına, həmçinin təhsilin beynəlxalq standartlara uyğunlaşdırılmasına xidmət edib. Bu isə, ATU-da daha çox əcnəbi tələbənin təhsil almasına zəmin yaradıb. Hazırda 2 mindən çox xarici tələbəsi olan universitet bu göstərici üzrə respublikamızın ali təhsil müəssisələri arasında ilk yerdədir.
Professor G.Gəraybəyli ATU-nun beynəlxalq əlaqələri arasında Türkiyənin ali məktəbləri ilə münasibətlərin xüsusi yer tutduğunu vurğulayıb. Rektor əminliklə bildirib ki, imzalanacaq yeni əməkdaşlıq protokolları bu münasibətlərin daha da güclənməsinə, ortaq uğurlu layihələrin ortaya qoyulmasına şərait yaradacaq.
Daha sonra Sağlık Bilimleri Universitetinin rektoru, prof. Cevdet Erdöl, Kütahya Dumlupinar Universitetinin rektoru, prof. Kazım Uysal, Bilecik Şeyh Edebali Universitetinin rektoru, prof. Şükrü Beydemir, Çankırı Karatekin Universitetinin rektoru, prof. Harun Çiftçi və Bolu Abant İzzet Baysal rektoru, prof. Mustafa Alişarlı çıxış edərək təmsil etdikləri ali təhsil müəssisələri barədə məlumat veriblər. Türkiyəli qonaqlar Azərbaycan xalqını böyük qələbənin ildönümü, Zəfər Günü münasibətilə təbrik ediblər.
Sonda ATU ilə Türkiyənin adları qeyd olunan beş universiteti arasında əməkdaşlığa dair saziş imzalanıb.
Bu bölməyə aid digər xəbərlər
Mərkəzi Gömrük Hospitalının Fizioterapiya şöbəsində müasir müalicə və reabilitasiya metodları tətbiq olunur
23.10.2026 | 09:54
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Tədris Cərrahiyyə Klinikasında uğurlu əməliyyat: Xəstənin çənəsində zədələnmiş sümük toxumasının rezeksiyası icra edilib
22.10.2026 | 13:22
ATU Beynəlxalq Kitab Sərgisində təmsil olunur
22.10.2026 | 11:48
Respublika Kliniki Uroloji Xəstəxanasında ilk dəfə laparoskopik adrenalektomiya əməliyyatı aparılıb
22.10.2026 | 10:38
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
22.10.2026 | 09:11
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

