ATU-nun şəhid məzunlarının xatirəsi anılıb
02.11.2021 11:44
Azərbaycan Tibb Universitetində (ATU) 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olmuş ATU məzunlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Aztibb.az xəbər verir ki, əvvəlcə universitetin Təlim-tərbiyə işləri üzrə prorektoru, dosent Zülfüqar Musabəyov çıxış edərək 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətindən, Azərbaycan Ordusunun və əsgərinin qəhrəmanlığından söz açıb.
Z.Musabəyov bildirib ki, bir il əvvəl Azərbaycanın qələbəsi ilə başa çatan Vətən müharibəsi müstəqilliyimizin şərəf salnaməsinə çevrildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə əldə olunan şanlı qələbə bizi döyüş meydanında qalib dövlət kimi bütün dünyaya təqdim etdi.
Prorektor qeyd edib ki, 44 günlük Vətən müharibəsində döyüş meydanında qəhrəmanlıq göstərən tibb xidməti işçilərinin əksəriyyəti Azərbaycan Tibb Universitetinin yetirmələri olub. Tibb xidməti işçiləri arasında ilk şəhid olan isə, qəhrəmanlığı ilə dastan yazan tibb xidməti leytenantı, universitetimizin məzunu Turqut Xəlilbəyli olub. O, yaralı əsgərin düşmən hədəfində olduğunu görərək özünü onun üzərinə atıb. Əsgərin həyatını xilas etsə də, özü şəhid olub.
"Hazırda ATU-nun Hərbi tibb fakültəsinin kitabxanasına Turqutun adı verilib. Turqut Xəlilbəylinin şəxsi kitabları onun guşəsində yerləşdirilib. Kitabxanada, həmçinin şəhid məzunlarımıza həsr olunmuş guşələr yaradılıb. Qeyd edim ki, Hərbi tibb fakültəsinin nəzdində yerləşən bütün mühazirə zallarına şəhid məzunların adları verilib" - deyə Z.Musabəyov bildirib.
Onun sözlərinə görə, müharibədə tibb xidmətinin qarşısında duran əsas vəzifə yaralanan hərbi qulluqçulara tibbi yardım göstərmək, onları müalicə etmək idi. Həkimlərin digər bir vəzifəsi isə, müharibə ilə yanaşı, COVID-19 pandemiyası ilə də mübarizə aparmaq, onun şəxsi heyət arasında yayılmasının qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görməkdən ibarət idi. Məhz bu fəaliyyət nəticəsində Silahlı Qüvvələrimizin şəxsi heyəti və Vətən müharibəsi zamanı yaralanan hərbi qulluqçular arasında koronavirus infeksiyasının yayılması halı qeydə alınmadı.
Z.Musabəyov bildirib ki, hər kəsin Vətən fədaisinə çevrildiyi müharibə günlərində Azərbaycan Tibb Universiteti də aktiv fəaliyyət göstərib. 2020-ci ilin aprelindən etibarən ATU-nun Tədris Cərrahiyyə və Tədris Terapevtik klinikaları koronavirus xəstələrinin müalicəsi üçün bağlansa da, 44 günlük Vətən müharibəsi dövründə klinika gücləndirilmiş iş rejiminə keçib. Klinikalarımızda yüksəkixtisaslı həkimlərimiz və orta tibb personalımız gecə-gündüz yorulmadan gətirilən yaralıları qəbul ediblər. Onlara ixtisaslı cərrahi yardım göstərilib. Bu fəaliyyət nəticəsində yüzlərlə əsgər və zabitimiz uğurla müalicə olunaraq öz sağlamlıqlarına qovuşub: "Qeyd edim ki, universitetin və klinikanın əməkdaşları həm də könüllü olaraq cəbhə bölgəsinə gedərək, yaralı vətəndaşlarımıza və əsgərlərimizə tibbi xidmət göstəriblər”.
Prorektor xatırladıb ki, Prezident İlham Əliyevin sərəncamı ilə canlarını Vətən uğrunda fəda etmiş bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq müharibənin başlandığı tarix - sentyabr ayının 27-si Anım Günü kimi qeyd olunur.
Daha sonra çıxış edən Hərbi tibb fakültəsinin rəisi, polkovnik Çingiz Əlləzov Vətən müharibəsi ilə Azərbaycanın hərb tarixinin yeni və şanlı salnaməsinin yazıldığını bildirib. Qeyd edib ki, rəşadətli Ordumuzun şücaəti, Vətən torpaqları uğrunda apardığı ölüm-dirim savaşı sayəsində ərazi bütövlüyümüz bərpa olunub, haqq-ədalət öz yerini tapıb: "Ötən illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun peşəkarlığının artırılması, müasir silah-sursatlarla təchiz olunması sahəsində məqsədyönlü və ardıcıl işlər aparılmışdı. Bu fəaliyyət hərbi təbabət sahəsini də əhatə edirdi. Son illər istər Bakıda, istərsə də rayonlarda, o cümlədən keçmiş cəbhə xəttinə yaxın ərazilərdə yerləşən xəstəxanalar, hospitallar ən müasir avadanlıqlarla təchiz edilmişdi. Müharibə zamanı bunun çox köməyi oldu”.
Ç.Əlləzov bildirib ki, müharibədə hərbçilərin tibbi təminatının yüksək səviyyədə təşkil edildiyini diqqətə çatdırıb.
"Təbib" idman klubunun sədri Qələndər Aslanov isə çıxışında döyüşlər zamanı hərbçilərimizdəki ruh yüksəkliyi, onların hazırlıqlı olmasında bədən tərbiyəsi və idmanın rolundan danışıb: “Biz 44 günlük Vətən müharibəsində həm döyüşərək, həm də yaralı əsgər və zabitlərimizə tibbi yardım göstərərək qəhrəmancasına şəhid olmuş məzun tələbələrimizin anım gününə toplaşmışıq. Vətəni qorumaq kimi müqəddəs bir amal uğrunda döyüşə atılan və bütün çətinliklərə sinə gərən qeyrətli Vətən oğullarını yad etmək, bütün şəhidlərimizin əziz xatirəsinə ehtiramla yanaşmaq, onların adlarını əbədiləşdirmək hər birimizin borcudur".
Onun sözlərinə görə, məzunlarımızın döyüş ruhunun yüksək olmasında əsas faktor fiziki və psixoloji hazırlıqlı olmalarıdır. Ümumilikdə ordumuzun da qüdrətli olması zabitin, əsgərin fiziki hazırlığından asılıdır. Fiziki hazırlıq cəsurluğun, sağlamlığın təminatıdır. Diqqət etsək görərik ki, ordu sıralarına çağırılanadək gənclərimiz idmanın müxtəlif növləri ilə məşğul olublar. Hətta aralarında beynǝlxalq və respublika səviyyəli yarışların iştirakçıları və qalibləri də var. Ümumilikdə 44 günlük Vətən müharibəsində müxtəlif idman növləri ilǝ məşğul olan minə yaxın peşəkar idmançımız iştirak edib, onlardan 320 nəfəri şəhid olub.
Vətən müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin həkimi olmuş qazimiz, baş leytenant Namiq Seyfəddinli döyüş xatirələrini iştirakçılarla bölüşüb.
Sonra anım mərasimi ATU-nun tələbələrinin ifasında ədəbi-bədii hissə ilə davam edib.
Tədbirin sonunda nümayiş olunan Ali Baş Komandan İlham Əliyevin şüara çevrilmiş “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” videoçarxı alqışlarla qarşılanıb.
Bu bölməyə aid digər xəbərlər
Azərbaycan və Belarus arasında tibb sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib
19.08.2026 | 14:36
Azərbaycan jurnalistləri Daşkənddə Milli Uşaq Tibb Mərkəzində olublar
19.08.2026 | 11:56
SMA dərmanları ilə bağlı araşdırma aparılır - Nazir açıqladı
17.08.2026 | 08:57
Kardiologiya İnstitutunda könüllülərlə görüş keçirilib
16.08.2026 | 14:27
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
15.08.2026 | 11:38
QHT-lər üçün birgə qrant müsabiqəsinə dair infosessiya keçirilib
13.08.2026 | 11:34
Bio-Etika Komissiyasının növbəti iclası keçirilib
08.08.2026 | 14:26
AQTA ilə Belarusun müvafiq qurumu arasında görüş keçirilib
04.08.2026 | 09:44
Elm, innovasiya və gələcəyin tibbi bir arada!
01.08.2026 | 09:42
"Klinik pediatriya: yeniliklər və perspektivlər" mövzusunda vebinar keçirilib
28.07.2026 | 11:11
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
17.08.2026 | 19:14
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
15.08.2026 | 09:15
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
15.08.2026 | 11:38
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
15.08.2026 | 16:58
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
15.08.2026 | 13:35
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
15.08.2026 | 14:09
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
16.08.2026 | 12:42
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
18.08.2026 | 09:29
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
15.08.2026 | 12:52
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
16.08.2026 | 09:39
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
15.08.2026 | 09:34
İmişli Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib
14.08.2026 | 16:41
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
19.08.2026 | 12:24
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
20.08.2026 | 16:09
Neftçalada tibbi aksiya: “Erkən müayinə can qurtarır!”
15.08.2026 | 11:42

