"Fast-food" yeməkləri sonsuzluğa səbəb ola bilir - Araşdırma
02.11.2021 11:07
Tərkibindəki kimyəvi maddələrin sayına görə, "fast-food" (ayaqüstü yeməklər, küçə yeməkləri) hormonlarımızın bilavasitə məhv olunmasına səbəb olur. Araşdırmalar əsnasında çizburger və toyuq buritolarının tərkibində kimyəvi maddələrin (ftalat və s.) xüsusilə çox olduğu göstərilib.
 
Aztibb.az xəbər verir ki, bu barədə həkim endokrinoloq Fərhad Burzu məlumat paylaşıb.
 
Həkim bildirib ki, ABŞ-ın Texas ştatının San-Antonio şəhərində aparılan yeni araşdırmada 6 ayrı restorandan, pizza və burger kafelərindən 64 qida nümunəsi, eləcə də yeməklərin hazırlanmasında istifadə edilən əlcəklər götürülüb. Bu nümunələrdə ftalatın və buna bənzər kimyəvi maddələrin olub olmaması araşdırılıb. Bütün məhsulların 81%-də ftalat, dinbutilftalat (DnBP), 70 %-də isə di-ftalat (DEHP) mövcud olub. Ən dəhşətlisi isə odur ki, bu kimyəvi maddələr sonsuluğa aparan əsas səbəblərdəndir.
 
Onun sözlərinə görə, kimyəvi maddələrin ət məhsullarının tərkibində daha çox olduğu aşkarlanıb.
 
F.Burzu qeyd edib ki, araşdırmanın nəticələri bu həftə "Journal of Exposure Science and Environmental Epidemiology"da dərc olunub. Tədqiqatın nəticəsi olaraq, mümkün qədər ev şəraitində yeməklərin hazırlanması məsləhət görülür.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır