Qoşqar Təhməzli Meksika Birləşmiş Ştatlarının səfiri ilə görüşüb
01.11.2021 17:34
Noyabrın 1-də Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Xuan Rodriqo Labardini Floreslə görüşüb.
 
Qoşqar Təhməzli səfir Xuan Rodriqo Labardini Floresi səmimi salamlayaraq, Azərbaycanda qida təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər və qəbul olunmuş qərarlar barədə qonağa ətraflı məlumat verib. Agentlik sədri bildirib ki, iki ölkənin müvafiq qurumları arasında əlaqələrin qurulması, qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində təcrübə mübadiləsinin həyata keçirilməsi ölkələr arasında münasibətlərin inkişafına yeni töhfələr verəcəkdir.
 
Səfir Xuan Rodriqo Labardini Flores səmimi görüşə görə təşəkkürünü bildirərək, əməkdaşlıq əlaqələlərinin qurulması üçün böyük potensialın olduğunu qeyd edib.
 
Görüşdə Meksikadan Azərbaycana idxal olunan qida məhsullarına müvafiq nəzarət tədbirlərinin həyata keçirilməsi, bu sahədə normativ hüquqi bazanın yaradılması, sertifikatların qarşılıqlı tanınması və təcrübə mübadiləsinin aparılmasının təşkilinə dair məsələlər diqqətə çatdırılıb.
 
Sonda qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb