Noyabrın 1-i Beynəlxalq Veqan Günüdür
01.11.2021 14:18

Beynəlxalq Veqan Günü 1994-cü il noyabrın 1-də, Veqan Cəmiyyətinin 50-ci ildönümü münasibətilə Londonda təsis olunub.

 

Aztibb.az xəbər verir ki, veqan sözü ilk olaraq Donald Uotson tərəfindən işlədilib və "vegetarian" ingilis sözünün birinci üç və son iki hərfinin birləşməsindən əmələ gəlib. Həmin termin 1944-cü il noyabrın 1-də Londonda Uotson tərəfindən əsası qoyulmuş “Veqan” Cəmiyyətində istifadə olunmağa başlanılıb.

 

Veqanizm sərt vegetarianlığı nəzərdə tutan həyat tərzidir. Veqanlar yalnız və yalnız bitki mənşəli, yəni tərkibində heyvan mənşəli komponentləri tamamilə istisna edən məhsullarla qidalanırlar. Onlar təkcə ət və balıq məhsullarından deyil, həm də heyvan mənşəli hər bir məhsuldan, o cümlədən yumurta, süd və baldan imtina edirlər. Veqanlar dəri, xəz, yun və ipək paltarlardan, habelə heyvanlar üzərində sınaqdan keçirilmiş məhsullardan da istifadə etmirlər.

 

Həmin qidalardan imtina edilməsi ən müxtəlif səbəblərlə izah oluna bilər, lakin əsas səbəb veqanların heyvanların öldürülməsi və onlarla amansız rəftar edilməsi kimi hallardan uzaq olmaq istəyidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır