DGK-nın Tibbi Xidmət İdarəsi rəisinin müavini vəzifəsinə TƏYİNAT
01.11.2021 12:14
Dr. İsmayıl Əfəndiyev Dövlət Gömrük Komitəsinin (DGK) Tibbi Xidmət İdarəsi rəisinin müavini vəzifəsinə təyin edilib.
 
Aztibb.az xəbər verir ki, İsmayıl Əfəndiyev 1996-cı ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini fərqlənmə diplomu ilə, 2001-ci ildə Azərbaycan Tibb Universitetində əyanı aspiranturanı bitirərək, tibb elmləri namizədi elmi dərəcəsi alıb.
 
İ.Əfəndiyev 2007–2008-ci illərdə Almaniyanın paytaxtı Berlində Vivantes Humbold - Daxili Xəstəliklər Xəstəxanasının kardiologiya və intensiv terapiya şöbəsində ixtisasartırma kursu keçib. 2010-cu ildə Prezident Yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adı alıb.
 
Azərbaycan Tibb Universitetinin Rezidentura şöbəsinin müdir müavini, sonra isə xarici tələbər dekanı vəzifələrində işləyib.. Praktik əmək fəaliyyətinə 1996-cı ildən 2021-ci ilə qədər 1 saylı şəhər Klinik xəstəxanasında (Kliniki Tibbi Mərkəzində) Toksikologiya şöbəsində həkim toksikoloq-reanimatoloq kimi fəaliyyət göstərib. Bakı şəhərinin baş toksikoloqudur.
 
Dr. İ.Əfəndiyev öz üzərində daim çalışan yüksəkixtisaslı mütəxəssisdir, 175-dən artıq orijinal elmi işlərin, o cümlədən 4 dərslik, 10 metodik vəsait, 2 monoqrafiya, 1 kliniki protokol və 1 patent-ixtiranın müəllifidir. 4 xarıci elmi-praktiki jurnalların redaksiya heyətinin üzvüdür. Müxtəlif illərdə İngiltərə, İndoneziya, Ukrayna, Gürcüstan, Cənubi Koreya, Avstriya, Çin və Danimarkada təlim kurslarında iştirak edib.
 
2006-cı ildən Azərbaycan Toksikoloqlar Cəmiyyətinin sədri, 2009-cu ildən Avropa Toksikoloji Mərkəzlərin və Kliniki Toksikoloqların Assosiasiyanın həqiqi üzvüdir. 2010-cu ildən BMT “Beynəlxalq Kimyəvi İdarəetmə Üçün Strateji Yanaşma”(SAICM) təşkilatının Azərbaycan üzrə koordinatoru, 2012-ci ildən Ümumdünya Səhiyyə Təşkilatıının Kimyəvi Təhlükəsizlik və Ətraf Mühitin Sağlamlığı üzrə Milli Ekspert və Koordinatordur.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır